Aktyor/Aktrisa

Aygün Mübariz kimdir?

Tam adı Zeynalova Aygün Mübariz qızıdır. Zeynalova Aygün Mübariz azərbaycanlı vokalist və aktrisadır. Eyni zamanda, o Bülbül adına orta ixtisas Musiqi məktəbində müəllimə olaraq fəaliyyət göstərir.

Zeynalova Aygün Mübariz neçə yaşındadır?

Aygün Mübariz, 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.

Zeynalova Aygün Mübariz ailəsi.

Ailəlidir, 2 övladı var.

Zeynalova Aygün Mübariz təhsili.

Aygün Mübariz, 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Üniversitetinin bakalavr, 1998-2000-ci illərdə həmin universitetin magistratura pillələrini “fərqlənmə diplomu” ilə bitirmişdir. 1997-ci ildə “The British Council Training Centre”- da da təhsil almışdır. 2000-2006-cı illərdə Bakı Musiqi Akademiyasının Azərbaycanın Xalq artisti, prof. Xuraman Qasımovanın “solo oxuma” sinfini müvəffəqiyyətlə bitirmişdir.

Zeynalova Aygün Mübariz karyerası.

Aygün Mübariz, Üzəyir Hacıbəyovun “Arşın mal alan” operettasında baş rol – Gülçöhrə obrazını böyük ustalıqla canlandırmışdır. 2007-ci ildə SSRİ-nin Xalq artisti Yelena Obraztsovanın Bakıda keçirtdiyi ustad dərslərində (master klassda) çıxış etmiş və Yelena Obraztsova onun ifasını çox bəyənmiş və yüksək qiymətləndirmişdir. 2016-2018-ci illər ərzində Aygün Mübariz, Azərbaycanın “ATV” telekanalında yayımlanan “Vicdan Haqqı” serialında “Dilarə” obrazını canlandırmışdır.

Zeynalova Aygün Mübariz beynəlxalq tədbirlərdə iştirakı və mükafatları.

2006-cı ildə Avstiyanın Vyana şəhərində keçiriləcək vokalçıların Beynəlxalq müsabiqə turunun seçim mərhələsi üzrə juri nümayəndəsi tərəfindən Bakıda dinlənilib, bəyənilərək «25th International Hans Gabor Belvedere Singing Competition» II turunda iştirak etməyə dəvət almışdı, lakin müəyyən səbəblərdən iştirak edə bilməmişdir.

2007-ci ildə A.Zeynalova Bülbül adına “Vokalçıların IV Beynəlxalq müsabiqəsində” iştirak etmiş, münsiflər heyəti onun ifasını çox saylı iştirakçılar arasından fərqləndirərək, çox bəyənmiş, laureat adına layiq görülmüşdür.

2007-ci ildə Fransada Parisdə – Senatda solo-konsert proqramı ilə parlaq ifası Elit auditoriya tərəfindən böyük diqqət və hərarətlə qarşılanmışdır.

Aygün Mübariz, 2012-ci il sentyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close