Sahil Babayev şəhid ailələri ilə görüşüb

Sahil Babayev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb. Görüş Fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutub.

Sahil Babayev ötən dövrdə şəhid ailələri, müharibə əlilləri və veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, eyni zamanda əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirilməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə danışıb.

Görüşdə Milli Məclisin deputatı Flora Qasımova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və digər şəxslər çıxış edib və həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən məmnunluqlarını bildirib. Bu istiqamətdə keçirilən görüşlərin ənənəvi xarakter almasını müsbət qiymətləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close