Ədib

Məhəmməd Füzuli kimdir?

Məhəmməd Füzuli orta əsr Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan Ədəbiyyat tarixində divan janrının ən məşhur simasıdır.

Məhəmməd Füzuli həyatı

Məhəmməd ibn süleyman və ya Molla məhəmməd Bağdadi 1494-cü ildə Bağdadın yaxınlığında yerləşən Kərbəlada dünyaya gəlib. Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Məhəmmədin Atası Süleyman İraqa Ərəş mahalından köçmüşdür.

1508-ci ildə I İsmayıl Bağdada girərək İraqı Azərbaycana birləşdirir, bunun ardınca isə şəhər uzun müddət Somanlı İmperiyasının tərkibində qalır. Bu səbələ Füzulinin yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu dövrlərə rast gəlir.

Füzuli Yetəri qədər bilikli bir adam olub. Atası onun təhsil almasına kifayət edəcək qədər varlı adam idi. Füzuli orta əsr elmlərindən sayılan tibb, məntiq, riyaziyyat və bir sıra humanitar elmlər, dini-fəlsəfi cərəyanlar ilə tanış idi.

Məhəmməd Füzuli yaradıcılığı

Məhəmməd Füzuli əsərlərini üç- Azərbaycan, ərəb və fars dillərində yazırdı. O Nəsimidən sonra Azərbaycan dilində şeirlər yazan ikinci böyük şair sayılırdı.

Şərq poeziyasında Füzuli lirik şair, məhəbbət şairi kimi tanınırdı.

Farsca əsərləri:

“Həft cam” (Yeddi cam) və ya “Saqinamə” — alleqorik poema

“Səhhət və Mərəz” – farsca və nəsrlə yazılmış alleqorik əsər.

“Rindü Zahid” – nəsrlə yazılmış iki baxışın dialoqu.

Türkcə (azərbaycanca) əsərləri:

“Bəngü Badə” (Tiryək və Şərab) — poema

“Söhbətül-əsmar” (Meyvələrin söhbəti) — poema

“Leyli və Məcnun” — poema (alleqoriya olmayan yeganə poeması)

“Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.

“Şikayətnamə” və ya “Nişançı Paşaya məktub” — nəsr əsəri(Azərbaycan dilində ilk nəsr)

“Hədisi-Ərbəin”(Qırx hədis) — Əbdürrrəhman Caminin eyniadlı əsərindən tərcümə(fars dilindən)

Məşhur qəzəlləri

“Məni candan usandırdı”

“Söz”

“Olsaydı məndəki qəm”

“Can vermə qəmi-eşqə ki, eşq afəti-candır”

“Canı kim cananı üçün sevsə cananın sevər”

“Məndə Məcnundan füzun aşiqlik istedadı var”

“Yetər ey fələk”

“Tutuşdu qəm oduna”

“Pənbeyi-daği-cünun içrə nihandır bədənim”

“Ey könül, yarı istə, candan keç”

“Könül səccadəyə basna ayaq, təsbihə əl urma”

“Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru”

“Ey bivəfa ki, adət olubdur cəfa sana”

“Aşiq oldum yenə bir tazə güli-rənayə”

Operalar

Leyli və Məcnun — musiqi: Üzeyir Hacıbəyov

Musiqi poemaları

“Füzuli” vokal-simfonik poema (1993) — musiqi: Ramiz Mustafayev

“Füzuli” simfonik poema — musiqi: Arif Məlikov

“Şəbi-hicran” lirik poema — xor və böyük simfonik orkestr üçün — musiqi: Məmməd Quliyev

Məhəmməd Füzuli vəfatı

Taun xəstəliyindən əziyyət çəkən Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada vəfat etmişdir. Şairin qəbri də Kərbəladadır.

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Həmçinin bax...
Close
Back to top button
Close