Siyasətçi

Qənirə Paşayeva kimdir?

Paşayeva Qənirə Ələsgər qızı, Azərbaycan SSR-in Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuş ictimai-siyasi xadim, jurnalist və deputatdır.

Qənirə Paşayevanın doğum tarixi.

Qənirə Paşayeva 7 mart 1975-ci ildə anadan olmuşdur. Hal-hazırda 45 yaşı vardır.

Qənirə Paşayevanın təhsili.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

Qənirə Paşayevanın jurnalist fəaliyyəti.

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Qənirə Paşayevanın siyasi fəaliyyəti.

Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Qənirə Paşayevanın kitabları və məqalələri.

“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” və “Səndən sonra” kitablarının, “Bülbül kimi gül aşiqi” adlı məqalənin sahibidir.

Qənirə Paşayevanın mükafatları.

30 sentyabr 2011-ci ildə “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə təltif etmişdir.

Qənirə Paşayeva, “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilmişdir. O,eyni zamanda, Gürcüstanın fəxri vətəndaşıdır.

Qənirə Paşayevanın vəfatı

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülməsinə baxmayaraq təəssüfki, 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close