Alim

Lütfi Zadə kimdir?

Lütfəli Rəhim oğlu Ələsgərzadə  riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka tətqiqatçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter üzrə əməkdar professorudur.

Lütfi Zadə haralıdır?

Atası  Rəhim Ələsgərzadə Azərbaycan əsillidir və Ərdəbildə doğulub.  Anası Fanya Korenman yəhudi əsilli rusdur.  Lütfəli Ələsgərz adə 4 fevral 1921-ci ildə Bakıda doğulub.

Lütfi Zadə təhsili

Dünya şöhrətli alim üçüncü sinfədək təhsilini Bakıda alıb, daha sonra o, ailəsi ilə birgə Tehrana köçüb.

1942-ci ildə Tehran Universitetindən məzun olub. Bundan  bir il sonra ABŞ-a köçüb.  1944-cü ildə Massaçusets texnologiya İnstitutuna daxil olub və adını Lütfi Əsgər Zadə olaraq dəyişib. 1946-cı ildə Kalumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi təhsil alınır. 1959-cu ilə qədər ABŞ-da MIT və Kolumbiya uni­versi­tetlərində magistr, doktorluq elmi dərə­cələri almış, pro­fessor kimi fəaliyyət göstər­mişdir.  1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib.

Lütfi Zadə nəzəriyələri

Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”,  “Soft kompyutinq” kimi nəzəriyyələrin müəllifidir.

Onun məhşurlaşmasına səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsini 1973-cü ildə iləri sürüb. Qeyri-səlis məntiq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir.

Alim 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə qazandığı uğurlarına görə Yaponiya tərəfindən elm adamlarına  verilən  ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Lütfi Zadə ailəsi

Lütfi zadə yəhudi əsilli Fey xanımla ilə evlənib. Onların 2 övladı var. Stella Zadə və Norman Zadə.  Stella 59 yaşında (2006) vəfat edib.

Lütfü Zadə nə zaman vəfat edib?

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir.

Dünya şöhrətli alim I Fəxri Xiyabanda dəfn olunub.

 

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close