Sahil Babayevin nenesi kimdir?

Sahil Babayevin nənəsi haqqinda oxu
Siyasətçi

Sahil Babayev kimdir?

Sahil Babayevin siyasi fəaliyyəti, təhsili ilə bağlı məlumatları bu yazıdan əldə edə bilərsiniz. Sahil Babayev hazırda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışır və Yeni Azərbaycan Partiyasının üzvüdür. Bununla yanaşı 9 fevral 2022-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsindədir.

Sahil Babayev haralidir?

O, 1980-ci ildə Bakıda doğulub.

Sahil Babayev Təhsili

O, Bakı Dövlət Universitetini “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsinin bakalavr dərəcəsini 2000-ci ildə fərqlənmə ilə yekunlaşdırıb. Magistr dərəcəsini 2002-ci ildə və hüquq üzrə fəlsəfə doktoru dərəcəsini 2010-cu ildə əldə edib.

Fəaliyyəti

O, 1999-2006-cı illər ərzində Dövlət Neft Şirkətinin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin müdiri olub.

2006-2009-cu illəri əhatə edən 3 il ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi kimi çalışıb. Burada çalışdığı dövrdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi kimi çalışıb.

2009-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyaların əlaqələndirməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonra isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri olub.

Bununlardan əlavə olaraq 2009-2014-cü illər ərzində “Təmiz Şəhər” ASC-nin Müşahidə sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədrlik edib. Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri və “Socar Türkiyə Ege” Kompleksinin, yəni Star Layihəsinin Direktorlar Şurasının üzvü olaraq fəaliyyətini davam etdirib.

BDU-nun (Bakı Dövlət Universiteti) Beynəlxalq Hüquq kafedrasının müəllimi, ADA-da (Azərbaycan Diplomatik Akademiyası) bir sıra mövzular üzrə mühazirəçi olub. Bir sıra ölkələrdə, məsələn İngiltərə, Fransada beynəlxalq hüquq və müqavilə hüququ sahəsində bir sıra fərqli təlim və kursların iştirakçısı olub.

Sahil Babayev nazir təyin olundu

İlham Əliyevin 13 mart 2014-cü il tarixində verdiyi Sərəncam əsasında İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixində verdiyi sərəncam əsasında isə İqtisadiyyat nazirinin müavini kimi fəaliyyət göstərib.

Azərbayacan Prezidentinin 21 aprel 2018-ci il tarixli imzaladığı sərəncam əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsinə seçilib.

Nazir təyin olunduqdan sonra, vətəndaşların rifahının yaxşlaşdırılması istiqamətində bir sıra addımlar atıb. Sahil Babayev erməni terrorundan əziyyət çəkən vətəndaşlara, müharibə əlillərinə və şəhid ailələrinə sosial dəstək tədbirlərinin göstərilməsi ilə bağlı bir sıra təlimatlar verib.

Sahil Babayev Ailəsi

Evli olan nazir Sahil Babayevin 3 övladı var. Daha ətraflı linkə keçid edərək məlumat əldə edə bilərsiniz.

Linkə keçid: Sahil Babayevin ailəsi

Sahil Babayev əlaqə

Sahil Babayev əlaqə vasitəsi üçün: (012) 596 50 34

Mənbə: Vikipedia

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close