Sahil Babayev Məşğulluq Marafonu ilə bağlı müraciət edib

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanan qazilərimizin məşğulluğunun təminatı ilə bağlı başladılan Məşğulluq marafonuna qoşulanların sayı günü-gündən artır.

Sosial müdafie naziri Sahil Babayev mesgulluq marafonuna qoşularaq 100-dən çox işəgötürənin vakansiyalarını elektron sistemə daxil etdiklərini söyləyib. Sahil Babayev Məşğulluq Marafonu – şəhid ailələrin və qazilərin məşğulluğu ilə bağlı hər bir işə götürənə müraciət ünvanlayıb.

Video: https://www.youtube.com/watch?v=76oU-obUNZI

İşəgötürənlər bu marafonda aktiv iştirak etməklə Vətən yolunda şəhid olan qəhrəmanlarımızın ailəsinə və həmin döyüşlərdə sağlamlıqlarını qurban verən qazilərimizin məşğulluğunun təminatını dəstəkləmiş olurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürən şəxslər bu məqsədlə öz vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu  linkinə keçid edərək göndərə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close