Siyasətçi
Anar Əliyev nazir təyin olundu

Əmək və əhalinin sosial müdafiəsi naziri postuna yeni təyinat olub.
Ölkə başçısı Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu vəzifəyə Anar Rəhim oğlu Əliyev gətirilib. O, indiyə qədər sabiq nazir Sahil Babayevin müavini kimi fəaliyyət göstərirdi. Hüquqşünas olan yeni nazir müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.