Mirzə İbrahimov kimdir?
Xalqın mənəvi oyanışında mühüm rol oynayan Mirzə Əjdər oğlu İbrahimov Azərbaycan-sovet ittifaqı yazıçısı, dramaturq, ictimai xadim.
Mirzə ibrahimmov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 7 yaşında olarkən atasının ölümündən sonra həyatının ağır günləri başlayıb. Neft işçisi olaraq işləyən dayısının yanında qalaraqoxumağa başlamışdır. Bu dövrdə Balaxanı və Zabrat kəndlərində muzduluq edərək çörək pulu qazanmışdır.
Mirzə İbrahimov təhsili
1926-1930-ci illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib. Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyü ilə başlamışdır. Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitunun ikillik hazırlıq şöbəsində təhisl almışdır. 1935-1937-ci illərdə SSRİ Elimlər Akademiyasının Lelinqraddakı Şərqşünaslıq İnstutunun aspiranturasında təhsilini davam etdirmişdir.
Mirzə İbrahimov fəaliyyəti
1930-cu ildə ilk şeiri olan “Qazılan buruq” “Aprel alovları” məcmuəsində dərc olunur. O. İlk publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə qələmə almışdır.
“Həyat” pyesi 1935-ci ildə yazılmışdır.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra Mirzə İbraimov akademiya seçilen 15 həqiqi üzvdən biri olmuşdur. 1942-ci ildə Azərbaycan SSR Maarif Naziri və M.F Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin edilmişdir.
Cənubi Azərbaycanda olarkən 1941-ci ildə “Vətən Yolunda” qəzetinin direktoru vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi illərində 416 diviziya tərkibində döyüşlərdə iştirak etmişdir. Bu dövrdə qələmə aldığı əsərlərlə Azərbaycan dramaturgiyasını zənginləşdirir.
Mirzə İbrahimov dil mövzusunu çox ciddi araşdırıb və öz fikirlərini açıq bir şəkildə bəyan edib. Onun dil haqqında fikirləri ən dolğun şəkildə 1943-cü ildə yazdığı “Dilimizin inkişaf yolları haqqında” məqaləsində öz əksini tapıb.
1956-cı ildə AZərbaycan SSR Ali Sovetinin sədri olduuqdan sonra “Kommunist” qəzetində dərc etdirdiyi “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində cəsarət tələb edən çox ciddi məsələlərdən bəhs olunur.
Mirzə İbrahimov Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1957-1965), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində çalışıb. Ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olub.
Ömrünün axırınadək Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixinin” redaksiya heyətinin üzvü olmuşdur.
Mirzə İbrahimov 19993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.