Musiqiçi

Barış Manço kimdir?

Barış Manço 2 Yanvar 1943 – cü ildə İstanbulda dünyaya göz açmış hərkəsin sevimlisi və rok musiqi deyilən zaman ilk ağıla gələn şəxslərdən olan, türkiyəli musiqiçi, aranjmançı, bəstəkar, TV prodüseri və yazardır. Türkiyədə rok musiqinin öndəgələn simalarından biridir.

Anadoluda rok musiqisinin böyüməsi, xalq tərəfindən sevilməsində və inkişafında birbaşa rol oynayıb. Hansıki, Barış Manço sayəsində kiçiyindən-böyüyünə, gəcindən-yaşlısına hərkəs bu musiqi növü ilə tanış olub və sevərək dinləyib. Bəstələdiyi 200 – dən çox mahnısı olan Barış Manço, bu mahnılarla 12 qızıl və 1 platin albom mükafatı qazanıb. Mahnıları ərəb, bulgar, alman, fransız, yapon və yunan dillərinə tərcümə olunub və şərh edilib.

Yaratdığı TV proqramı sayəsində dünyanın bir çox ölkələrini gəzib və müxtəlif mədəniyyətlərlə tanış olduğu üçün ona “Barış Çələbi” ləqəbi verilib. 1991 – ci ildə “Türkiyə Cümhuriyyəti sənətçisi” tituluna layiq görülüb.

Barış Mançonun həyatı

Barış Manço ailənin 2 – ci övladı olaraq İkinci Dünya Müharibəsinin ən şiddətli zamanlarında İstanbulda, Üsküdar məhəlləsində dünyaya gəlib. Ondan 2 – il əvvəl dünyaya gələn qardaşının adı “Savaş” idi. Müharibənin gətirdiyi əzablar səbəbilə ailəsi artıq dünyada sülh olmasını istəyəcək ki, onun adını “Mehmet Barış” qoydular və beləcə Türkiyə Cümhuriyyətində Barış adını alan ilk insan oldu.

3 yaşında olarkən valideynləri ayrılan Barış Manço atası ilə yaşamağa başlayır. İbtidai sinifə böyük qardaşı və ailənin ən kiçik üzvü olan bacısı ilə birlikdə gedir. Anası Rikkat Uyanık səs sənətçisi idi və bu səbəblə musiqiyə olan marağı kiçik yaşlardan etibarən başlayır. Rikkat xanım həmçinin Zeki Müren kimi sənətçilərə musiqi dərsləri keçirdi. Bu da onun musiqi ilə daha yaxın olmağına gətirib çıxardı.

1957 – ci ildə musiqilə həvəskar olaraq məşğul olmağa başlayan Barış Manço, hələ 15 yaşında olan zaman oxuduğu məktəbdə “Kafadarlar” adlı ilk qrupunu yaratdı və ilk dəfə səhnəyə çıxdı. Bir dostunun toyunda Elvis Preslinin mahnılarından oxuyan sənətçi, qardaşına bu sözləri dedi: Mən uşaqlar üçün mahnı oxumaq istəyirəm.

1959 – cu ildə oxuduğu məktəbin akt zalında ilk konserti baş tutur, amma təəssüfki elə həmən il atası yaşadığı sıxıntılara dayana bilməyib həyatını itirir.

Barış Mançonun musiqiçi həyatına ilk addımları

Atasını itirən Barış Manço üst-üstə iki il 11-ci sinifi keçə bilmir və oxuduğu Galatasara liseyini tərk edərək Şişli liseyində təhsilinə davam edir. Galatasaray liseyindəki dostlarilə birlikdə yaratdığı ikinci qrupu “ Harmoniyalar” adlı qrup 1962 – ci ildə ilk musiqi yazısını çıxarır. Liseyi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək istədiyi üçün qrup dağılır. İlk bəstəsi olan “Dream girl” – ü bu dönəmdə ortaya çıxaran sənətçi Ankarada kiçik bir musiqi mükafatı da qazanır. Bu mükafat Barış Mançonun türk musiqisində iz buraxacaq olan karyerasının da başlanğıcı idi.

1963 – cü ildə xaricdə təhsil almaq üçün Türkiyə ilə vidalaşır və tərcüməçi olaraq İstanbuldan Liona, oradan da avtostop ilə Fransaya gedir. Parisdə İncəsənət Akademiyasında oxumaq istəyən Manço, daha əvvəl də əlaqədə olduğu Henri Salvador ilə görüşür, amma Henri Salvador musiqiçinin fransız dili biliyinin aşağı olduğunu deyir və maddi sıxıntılar səbəbilə Barış Manço Fransanı tərk edərək Belçikaya, qardaşı Savaş Mançonun yanına gedir. Belçikada həm dizaynerlik üzrə oxuyur, həm müxtəlif işlərdə çalışır, həm də öz musiqisi üzərində çalışırdı. Hətta, 1964 – cü ildə 4 mahnıdan ibarət olan səsyazmasını çıxaran şirkət Henri Salvador idi. Albom getdikcə sevildi və Türkiyə radiolarında da ifa olunmağa başladı.

Barış Manço və musiqiçi həyatı

Fransa macerasından sonra Belçikada Les Mistiqris qrupu ilə çalışmağa başlayan Barış Manço bu qrup ilə birgə “Aman avcı vurma beni” və “Bizim” kimi mahnıları yaratdı, hansıki bu mahnılar hələ də kütlə tərəfindən dinlənilir və sevilir.

1966 – cı ildə festivalların birində “The Foult 4” qrupu ilə birgə türk musiqisindən əsərlər ifa edərək müxtəlif qrupların diqqətini çəkdi. Ancaq, fransız musiqisində önəmli rol oynayan şəxslərdən biri onun tələffüzünü bəyənmədiyi üçün səsyazmalarını oxutmağı qadağan etdi. Baş verənlərə sərt reaksiya verərək Barış Manço bundan sonra sadəcə türk musiqisi ifa edəcəyini bildirdi.

1969 – cü ildə Belçika Krallıq Akademiyasını 1 – ciliklə bitirdi və 1970 – ci ildə öz tərzini yaradaraq “Dağlar – dağlar” adlı mahnısını çıxarır. Bu səsyazma çox uğurlu olur və 700.000 – dən çox satış edir. Bu mahnının Manço üçün xüsusi mənası olur. Manıda həm anasına, həm də sadəcə 47 gün evli qaldığı əvvəlki həyatyoldaşına müraciət edir. Bu parça ilə “Altın Plak” mükafatını qazanır və bunlar sənətçinin karyerasında dönüş nöqtəsi rolunu oynayır.

1971 – 1972 – ci illərdə “Kurtalan Ekspres” adlı qrupu yaradır. Barış Manço, Murat Ses, Celal Güven, Ömür Gidel, Özkan Uğur olan qrup Anadoluda vəda konsertləri verərək Mançonu əsgərliyə yola saldılar və gəlməyini gözləyəcəklərini açıqladılar.

20 aylıq hərbi xidmətdən sonra evinə dönən Barış Manço “Koca topçu genç Osman” adlı mahnı çıxarır və “Kurtalan Ekspres” üzvləri ilə birlikdə bu sinql üçün videoklip çəkirlər. Bu parçadan sonra birçoxları Mançonu sağçı adlnadırdı, amma konsertlərin birində bozqurd işarəti edən izləyicilərdən birinə – biz sadəcə sizin üçün deyil, hərkəs üçün burdayıq dedi və sol yumruğunu yuxarı qaldırdı – qarşı çıxdı.

Barış Manço filmləri

Artıq Türkiyədə tanınmış sənətçi olan Manço film səhnələrinə də addım atmağa başladı. 1975 – ci ildə, ilk və tək filmi olan, rejssorluğunu Oksal Pekmezoğlunun etdiyi “Baba Bizi Eversene” adlı filmdə, həmən dönəmin məşhur aktyorları ilə birgə rol aldı. “Kurtalan Ekspres” qrupunun digər üzvləri də Barış Manço ilə birgə filmdə iştirak etdi.

Barış Manço və siyasət

1977 – ci ildə qrupu ilə birgə başlatdığı Anadolu turunun Balıkesirdə olan hissəsində özünü sağçı adlandıran bir qrup şəxsin hücumuna məruz qaldılar. Üzvlərdən Caner Bora və Oktay Aldoğan yaralanaraq xəstəxanaya yerləşdirildilər.

1994 – cü ildəki seçimlərdən əvvəl Tansu Çillerin rəhbərlik etdiyi “ Doğru Yol” partiyasından namizədlik təklifi aldı. Kadıköy bələdiyyə rəisi namizədi olaraq siyasətə atılan sənətçi humanist şəxsiyyəti səbəbilə siyasəti sevmədiyini, sağ və ya solun tərəfini tutmaq istəmədiyinin fərqinə vardı. Üstəlik həkimləri xəbərdarlığı ilə də siyasi həyatına başlamadan son verdi və namizədliyini geri götürdü.

Barış Mançonun evlilik həyatı

Barış Manço, Belçikada nigah masasına əyləşdiyi Meri Klut ilə birgə Türkiyəyə gedən zaman “Kaygısızlar” adlı qrup yaratmışdı. Ancaq, həyatyoldaşının xəyanətinə uğrayır. Qrupun üzvlərindən biri olan Fikret Kızılokla eşq yaşayan Meri Klutla səssiz-sədasız boşanır.

1975 – ci ildə tanış olduğu Lale Çağlar ilə 19 iyul 1978 – ci ildə ailə həyatı qurdu. Məşhur musiqiçinin “mənim hərşeyimdir” dediyi Lalə Çağlar ilə tanışmaq hekayəsi ilə budur: Bacısıgilə qonaq gələn Lalə, zəng vurmaq üçün üst qonşunun evinə gedir. Qapını açan Barış Mançoya telefon ilə zəng edə bilərəm deyən Laləyə, mənimlə evlənərsənsə əlbəttə olar deyən Mançoya qarşılıq olaraq, niyə də yox cavabı alır.

Cütlüyün evliliyindən Doğukan Hazar və Batıkan Manço adlı 2 oğlan övladı dünyaya gəldi.

Barış Mançonun vəfatı

Tarixlər 31 Yanvar 1999 – cu ili göstərərkən infrakt keçirən Barış Manço, hələ 56 yaşındaykən aramızdan ayrıldı. 56 illik ömrünü sadəcə özü üçün yaşamadı. Ölkəsi, vətəni, oranın vətəndaşları üçün rol model idi və onlar üçün əlindən gələni etdi. Şübhəsizki yaşasaydı daha bir çox musiqilər yazacaq, mahnılar və yeni proyektlər ərsəyə gətirəcəkdi.

 

Digər məqalələrimiz: Maykl Cekson

Summary
Barış Manço kimdir?
Article Name
Barış Manço kimdir?
Description
Barış Manço 2 Yanvar 1943 – cü ildə İstanbulda dünyaya göz açmış hərkəsin sevimlisi və rok musiqi deyilən zaman ilk ağıla gələn şəxslərdən olan, türkiyəli musiqiçi, bəstəkar və yazardır.
Author
Publisher Name
elseo.az
Publisher Logo

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close