Siyasətçi
Sahil Babayev maliyyə naziri təyin edilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə təyin edilib.
1980-ci ildə Bakıda anadan olan Sahil Babayev Bakı Dövlət Universitetində beynəlxalq hüquq sahəsində təhsil alıb, hüquq üzrə fəlsəfə doktorudur. Əvvəllər Dövlət Neft Şirkətində, Milli Məclisdə, İqtisadiyyat Nazirliyində yüksək vəzifələrdə çalışıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsini icra edib.
Beynəlxalq iqtisadi əlaqələr, neft-qaz layihələri və maliyyə sahəsində geniş təcrübəyə malikdir.