Siyasətçi

Fərid Qayıbov kimdir?

Fərid Qayıbov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.

Yeni nazir Fərid Qayıbov 1979-cu ildə Bakıda anadan olub.

O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirib.

Fərid Qayıbov 2000-2001-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika meneceri olub.

2005-2006-cı illərdə isə AGF-nin baş meneceri olub.

Nazir 2006-cı ildə federasiyanın hesabat-seçki konfransında Baş katib seçilib. 2010-cu ildə ikinci dəfə, 2015-ci ildə isə üçüncü dəfə federasiyanın baş katibi kimi fəaliyyətini davam etdirib.

2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa çempionatının Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini icra edib.

2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. Buna görə də həmin ittifaqın şura üzvlüyündən imtina edib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür.

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close