Mikayıl Cabbarov kimdir?
Mikayıl Cabbarov kimdir?
Mikayıl Cabbarov 19 sentyabr 1976-cı ildə Bakıda anadan olub.
Mikayıl Cabbarov təhsili
Bakı Dövlər Universitetinin Beynəlxalq hüquq fakultəsinə 1992-ci ildə daxil olub və 1997-ci ildə isə fakültəni fərqlənmə ilə bitirib.
1997-98-ci illər ərzində ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb.
1999-cu ildən isə ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
Mikayıl Cabbarov fəaliyyəti
1995-ci ildə bank sektoru ilə əmək fəaliyyətinə başlayıb və 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas olaraq çalışıb.
2002-2003-cü il müddətində iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun – AZPROMO-nun prezidenti kimi fəaliyyət göstərib.
Mikayıl Cabbarov nazir təyin olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 20 fevral tarixində imzaladığı sərəncama əsasən Mikayıl Cabbarov İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olundu.
Prezidentin 2009-cu il 6 mart tarixli sərəncamına əsasən isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olundu.
Dövlət başçısı prezident İlham Əliyevin 19 aprel 2013-cü ildə imzaladığı sərəncamla isə Mikayıl Cabbarov Təhsil naziri təyin olundu.
Ölkə başçısı prezident İlham Əliyevin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri təyin edildi.
Prezident İlham Əliyevin 23 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi.
Mənbə: economy.gov.az