Siyasətçi

Emin Əmrullayev kimdir?

Emin Eldar oğlu Əmrullayev, hal-hazırda Azərbaycanın təhsil naziridir. O bu vəzifəyə 2020-ci il, 27 iyul tarixindən təyin olunmuşdur.

Emin Əmrullayevin ad günü.

Təhsil Naziri, 30 dekabr 1982-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olmuşdur.

Emin Əmrullayevin təhsil həyatı.

O, 1999-2003-cü illər aralığında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində bakalavr təhsili almış, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir.

2003-2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər ixtisasında magistr təhsili almışdır.

2010-2012-ci illərdə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

Emin Əmrullayev karyera.

Təl naziri Emin Əmrullayev, 2005-2009-ci illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi işləmişdir. Bir il sonra, o, “Kaspi Edication” MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübəsi olmuşdur. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsinə təyinat almışdır.

2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamış, 2013-2014-cü illərdə sektor müdiri, 2014-2015-ci illərdə şöbə müdirinin müavini, 2015-2020-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışmışdır.

2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor vəzifəsində Emin Əmrullayev olmuşdur.

2020-ci ilin iyul ayında isə Azərbaycan Respuklikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Təhsil Naziri vəzifəsinə təyin edilmişdir.

Mənbə: az.wikipedia

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close