Emin Əmrullayev: “Şagirdlər təhsil prosesindən kənarda qalmamalıdır”
Emin Əmrullayev: “Şagirdlər təhsil prosesindən kənarda qalmamalıdır. Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq”.
Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində deyib ki, teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz vasitəyə çevrilib: “Bu günə qədər 6700-dən çox teledərs hazırlanıb. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq”.