Alim

Yusif Məmmədəliyev kimdir?

Yusif Məmmədəliyev kimyaçı alim, kimya elimlər doktoru, professor, SSTİ Dövlət mükafatı laureatı və SSRİ Elimlər akademiyasının akademiki və prezidenti, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Yusif Məmmədəliyev həyatı

Yusif Heydər oğlu Məmmədəliyev 1905-cil dekabrın 31-də Naxçıvan MR-ın Ordubad şəhərində anadan oluşdur. Atası Hacı Heydər din xadimi olmaqla yanaşı dövrünün elmə önəm verən maarifpərvər adamlarından idi. Buna görə övladlarının mükəmməl təhsil almaları üçün hər şəraiti yaratmışdır.

1918-ci ildə daşnak Andronikin ordubada hücuumu sonras ailə Arazın o tayına keçir. Ailə bir il yarım Təbrizdə yaşayır. 1920-ci ildə Şimali azərbaycandaki vəziyyət stabilləşdikdən sonra ailə Ordubada qayıdır. 

1920-1923-cü illərdə Yusif Məmmədəliyev məktəbdə müəllim işləyir. 1923-cü ildə o təhsilini artırmaq məqsədiylə Bakıya gələrək yeni açılan Pedaqoji İnstituta daxil olur. İlkin olaraq ədəbiyyat fakultəsində təhsil almaq istəyən Yusif müəlliminin məsləhəti ilə kimya fakultəsində oxumağa qərar verir. 1926-ci ildə Pedaqoji İnstitu bitirdikdən sonra gənc alim İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim olaraq işləməyə başlayır.

1929-cu ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin kimya fakultəsinə daxil olur. 1933-cü ildə Bakıya gələrək Kuybışev adına Elmi-Tədqiqat İnstitutunda kiçik elmmi işçii vəzifəsində işləməyə başlayır. Burdakı fəaliyyətləri nəticəsində akademik ünvanını alır.

Yusif Məmmədəliyev fəaliyyətləri

1938-ci ildə qazların kimyəvi çevrilməsi sahəsindəki işlərinə görə Moskva Dövlət Universiteti tərəfindən  kimya elmlər namizədi elmi dərəcənini alır.

1942-ci ildə “Aramatik birləşmələrin alkilləşmə və dealkilləşməsi ilə toluolun sintezi” üzrə dissertasiyasına görə doktorluq elmi dərəcəsi və professor adı alır.

Azərbaycanda sərbəst fəaliyyət göstərən Elmlər Akademiyasının açılmasında Yusif Məmmədəliyevin misilsiz rolu vardır. Alimin səyləri nəticəsində 1945-ci ildə sərbəst fəaliyyət göstərən akademiya yaradıldı və Yusif Məmmədəliyev ilk akademik seçildi.

1947-50 və 1958-61-ci illərdə Azərbaycan SSR Elimlər Akademiyasının prezidenti seçilmişdir.

Yusif Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. Onun  əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür.

Dünya şöhrətli azərbaycanlı alim ikinci dünya müharibəsinin ağır dövründə yüksək oktanlı benzin ixtira etmişdi. Bu da aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin yardılması prosesində  Yusif Məmmədəliyevin yaxından ştirak etmişdir.

Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

Yusif Məmmədəliyev mükafatları

Yusif Məmmədəliyev Lenin ordeni (1944), “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1954) və “Şərəf Nişanı” ordeni (1951), həmçinin medallarla təltif edilmişdir.

Alim Nobel mükafatına nəmizədliyini irəli sürəcəkdi. Sadəcə ixtiraya dair məlumatın Stokholma göndərilməsinin hərbi sirrin yayılmasına səbəb olacağı əsaslandırılması ilə Yusif Məmmədəliyevin namizədliyi irəli sürülmədi.

Yusif Məmmədəliyev vəfatı

Yusif Məmmədəliyev 1961-ci il 15 dekabrda Bakı şəhərində vəfat etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Close