[caption id="attachment_751" align="alignnone" width="239"]Aristotel fəlsəfəsi Aristotel fəlsəfəsi nədir[/caption]

[caption id="attachment_752" align="alignnone" width="300"]Aristoteles haqqında Aristoteles məntiq anlayışı[/caption]

[caption id="attachment_749" align="alignnone" width="220"]Aristoteles haqqında Aristonun heyati[/caption]
Alim

Aristotel kimdir?

Dünyada saysız-hesabsız filosof və alim yetişib, amma onlardan biri var ki, bir çoxu ondan ihlamlanıb və onun izi ilə gedib. Bugünkü məqaləmizdə Aristotel haqqında danışacağıq.

Aristotel və ya Aristosteles Yunanıstanın Straton dağının ətəklərində yerləşən və bir zamanlar liman olan Staqira şəhərində b.e.ə 384 – cü ildə dünyaya göz açıb. Atası Nikomax Makedoniya çarı olan III Amintanın ailə həkimi və dostu olmuşdur. Ailəsinin böyük hissəsi sarayda həkim çalışırdı və bu nüans onun ətrafı yaxşı anlama və analiz etmə qabiliyyətinə müsbət mənada təsir göstərmişdi. Eynilə, anası uşaq doğumu ilə məşğul olan Sokratın insan düşüncəsinin əmələ gəlməsini “doğurtmaca” adlandırması, ya da ailə üzvləri  siyasətçi olan Platonun siyasi fəlsəfə ilə məşğul olması kimi.

Aristotelesin həyatı

Kiçik yaşdan ailəsini itirən Aristotelə valideynlərindən böyük miras qalır. O, 17 yaşından etibarən Platondan (Əflatun) dərslər almağa başlayır və ustadının ölümünə qədər 20 il boyunca ondan dərs alır. Daha sonralar isə Böyük Makedoniyalı İsgəndərin müəllimi olan Aristotel, sadəcə müəllim-şagird deyil, İskəndər ilə həmçinin dərin dostluq münasibətləri də qurur. Hansı ki, sonrakı dövrlərdə İsgəndər onun əxlaq və siyasət mövzusunda fəlsəfi fikirlərindən və təsir dairəsindən uzaqlaşsa belə dostluqları davam edir.

İsgəndər dünyanı ələ keçirmək üçün Asiya səfərinə çıxan zaman Aristotel Afina dönür və Likey fəlsəfə məktəbini qurur. Ölümünə qədər 13 il ərzində bu məkətbdə dərs deyir. Aristo tarixdə qalan və bu gün də insanı düşündürən əsas fikirlərini məhz bu məktəbdə fəaliyyət göstərdiyi zaman söyləyib:

“İnsanlar bir tərəfdən yaxşı, bir çox tərəfdən isə pisdir”

“Siyasi rejimlər arasında demokratiya ən pisidir, amma pislərin ən yaxşısıdır”

Aristoteles yaşadığı illər ərzində tarix, etika, estetika, siyasət, məntiq, psixologiya, fizika, biologiya kimi fundamental elm sahələrini araşdırmış və böyük töfhə vermişdir. Onun araşdırmaları və fəlsəfi fikirləri bir çox cəhətdən bəşəriyyətin inkişafına çox böyük təsir göstərib. Filosofun təlimi sonralar mistik idealism və materyalizm olaraq 2 istiqamətə ayrılıb.

Ömrünü fəlsəfəyə və elmə həsr edən Aritotel b.e.ə 322 – ci ildə Yunanıstanın  Kalkida şəhərində vəfat edib.

Aristotel fəlsəfəsi nədir?

Aristotelin təsiri Qədim Yunan fəlsəfəsi ilə bitmir, o, bütün dünya mədəniyyətlərinə təsir edib, üstəlik bu təsir sadəcə qədim dövrlə çərçivələnmir. Onun təsirini müasir sivilizasiyalarda belə görmək mümkündür. İslam fəlsəfəsinə də Aristotelesin təsiri var. Hətta İslam alimləri onu ilk müəllim adlandırıblar.

Aristotel haqqında öyrənən zaman onun təbiət filosofu olduğunu bilmək mütləqdir. Yəqinki Aristotel indiki zamanda yaşasaydı özünü fizik (fizika elmi ilə məşğul olan şəxs) adlandırardı. Aristotel təbiəti olduğu kimi – duyğu orqanlarımızla gördüyümüz, hiss etdiyimiz – anlamağa çalışırdı. Biz varlığı başa düşməyə və onu anlamağa çalışırıq, bəs əgər bizim izlədiyimiz yol yanlışdırsa, yanlış şəkildə düşünürüksə? – Aristotel deyirdi. Ona fikrincə biz, varlığı anlamağa çalışmazdan öncə onu necə anlayacağımız haqqında düşünməliyik, yəni epistemologiya üzərində  çalışmalıyıq. Epistemologiya üzərində çalışmalarının nəticəsi olaraq ortaya “məntiq” çıxır.

Aristotelin Məntiq anlayışı

Aristotel müasir dövrümüzdəki klassik məntiqin qurucusu hesab edilir. Hətta o, məntiq üzərindəki işlərini  “organon“ (alət) adlandırıb, yəni düşünmək üçün alət hesab edib. Məntiqin özü ortaya hər hansı düşüncə, fikir və ya nəticə çıxarmır. Biz sadəcə ondan istifadə edə və saydıqlarımızı əldə edə bilərik. Məntiqdən istifadə etmək onunçün önəmli idi, çünki sadəcə doğru düşünmək üçün lazım olan alətə (məntiq) sahib olan zaman həqiqətə çatmaq şansımız ola bilər. Bəs məntiq deyərkən nəyi nəzərdə tuturuq? Aristo məntqinin 3 əsas prinsipi aşağıdakılardır:

  1. Şəxsiyyət prinsipi – A, A-dır. Başqa biri və bir şey ola bilməz.
  2. Ziddiyyətsizlik prinsipi – A, A olmayan bir şey və ya biri deyildir.
  3. Qeyri-mümkünlük prinsipi – Bir şey ya A-dır, ya da deyildir.

İzah etməyə çalışsaq: Siz heç ördək olan fil, ya da üçbucaq dördbucaq düşünə bilərsiz? Əlbəttə, xeyr. Bax, məntiq prinsipləri burda ortaya çıxır və bunlar  həm də düşünməyin prinsipləridir.

Aristotel fəlsəfəsinə görə hər hansı xüsusiyyəti ayrılıqda düşünmək, xəyal etmək mümkün deyil. Hər hansı xüsusiyyəti sadəcə o müəyyən edilmiş nəsnəyə aid edildikdə düşünə və ya xəyal edə bilərik. Qırmızı çanta misalını götürək. Siz qırmızını hər hansı əşyaya aid etmədən düşünə bilməyəcəksiz. Qırmızı dedikdə ağlınıza qırmızı maşın, telefon, alma, otaq və sonsuz sayda əşya gələ bilər. Amma, sadəcə qırmızı rəngi düşünə bilməyəcəksiz. Çünki, xüsusiyyətlər yalnız başına mövcud ola bilməz.

Aristonun gözündən “həqiqət”

Yuxarıda yazdığımız nüanslara varlığı anlaya bilmək üçün ehtiyacımız var. Burda məsələ var olanlarla, var olanların xüsusiyyətlərini ayıra bilmək bacarığıdır. Anlaya bilmək üçün daha dərinə gedək. “Fərid insandır”, “İnsan ölümlüdür”. Birinci nümunədə insan xüsusiyyət, ikinci nümunədə isə insan “töz” (töz – varlıq, nəsnə) olaraq verilib. Bəs insan tam olaraq nədir, xüsusiyyət, yoxsa “töz”? Burda Aristotel “töz”-ü 2 yerə bölür: Birinci dərəcəli və ikinci dərəcəli. Birinci dərəcəlilərə xüsusi adları olanlar aiddir (Fərid, Aynur, Sokrat və s), ikinci dərəcəlilərə (tumel) isə birinci dərəcəliləri adlandırmaq üçün istifadə olunanlar (insan, heyvan, bitki və s).

Nəticə olaraq, necəki xüsusiyyətlər “töz”- lərə bağlıdır, əslində nəsnə və varlıqlar da bir növ xüsusiyyətlərdən asılıdır. Çünki, biz hər hansı bir xüsusiyyətimiz də olmadan var ola bilmərik. Bəlkə də çox sayda və fərqli xüsusiyyətlərimiz olmaz, amma var olmaq üçün ən az bir xüsusiyyətə malik olmalıyıq. Maddi xüsusiyyətlər olmadan “töz” var ola bilməz. Bəs bu “töz” gözlə görünə bilən bir şeydir, yoxsa ruh kimidir? Artıq burda bədən və ruh ayrımı başlayır və fəlsəfə tarixində dönüş başlayır.

Digər yazımız: Cəlal Şengör kimdir?

Digər saytımız: Taniyaq.az

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close