Biznesmen

İlon Mask kimdir?

İlon Musk, 21-ci əsrin ən tanınmış və böyük təsir dairəsi olan sahibkarlarından biridir. Cənubi Afrikada doğulmuş, gənclik illərində Kanadaya, daha sonra ABŞ-a köçüb. İlon Mask, bir neçə sənaye sahəsinə böyük təsir göstərməklə tanınır, o cümlədən internet, energetika, kosmik və avtomobil sənayesində də yenilikləri ilə dünyanın diqqətini çəkməyə nail olub.

 

İlon Maskın həyatı

İlon Mask 28 iyun 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. Gənc yaşlarında kompüter proqramlaşdırmasına böyük maraq göstərən Mask, ilk proqram təminatını 12 yaşında yaratdı və məhsulunu sataraq bu sahədə ilk qazancını əldə etdi. Pretoriyada təhsilə başladıqdan bir müddət sonra Kanadaya köçdü və burada Queens Universitetində oxumağa başladı. Daha sonra Amerikaya köçən biznesmen, Pensilvaniya Universitetində fizika və biznes idarəçiliyi üzrə iki fərqli sahədə oxuyaraq bakalavr dərəcəsi aldı. Gənclik dönəmindən biznes qurmağa və dünyanı dəyişdirməkdə maraqlı idi və ilk şirkətini də gənclik dönəmlərində quraraq bu yolda ilk addımlarını atdı.

 

İlon Maskın yatırım və biznesləri

 

Maskın ilk biznesi olan Zip2 Korporasiyası, 1990-cı illərin ortalarında Mask qardaşları Kimbal və Toska ilə birgə qurulub. Şirkət qəzetlər üçün şəhər bələdçisi xidmətləri təklif edirdi. Dövrünün yenlikçi şirkətlərindən sayılan Zip2 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara alınıb.

İlon Mask  Zip2 satışından əldə edilən gəlirlə X.com adlı onlayn bank qurdu. Məqsədi insanların asan şəkildə pul köçürmələri həyata keçirməsini təmin etmək idi. Bu şirkət sonradan PayPal kimi tanındı və 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı.

Maskın uşaqlıqdan kosmosa olan marağı onu SpaceX şirkətini yaratmağa vadar etdi. 2002-ci ildə qurulan şirkət Falcon və Dragon raketləri və kosmik gəmiləri ilə tanınır. Şirkət NASA ilə müqavilələr imzalayaraq Beynəlxalq Kosmik Stansiyaya yük və astronavt daşıma missiyalarını həyata keçirir. Bir çox insan İlon Maskın Marsa getmək üçün etdiyi planlaşdırmanı dəlilik saysa da Mask bu yolda dayanmadan irəliləyir və bəlkə də bir gün həqiqətən də Maskın Marsda koloniya qurmaq arzusu reallaşacaq.

2004-cü ildə Mask Tesla Motors-a qoşuldu və şirkət səhmlərini aldı. O, elektrik avtomobilləri, enerji saxlama sistemləri və günəş enerjisi məhsulları ilə tanınan şirkətdə baş icraçı direktor və məhsul rəhbəri kimi fəaliyyət göstərir. Hazırda Tesla Motors həm sifariş, həm də toplu istehsalla elektrikli avtomobil satışı həyata keçirir.

2006’da İlon Mask, öz yaxınları ilə SolarCity’ni qurdu. Şirkət, Amerikada güneş enerjisi paneli tedarükçüsü olaraq fəaliyyət göstərir.

2013-cü ildə Mask sürətli şəhərlərarası nəqliyyat üçün Hyperloop konsepsiyasını təqdim etdi. Bu konsepsiya vakuumlu tunellərdə hərəkət edən kapsulları olan nəqliyyat sistemini əhatə edir. Bu yolla logistikada sürətlilik və rahatlıq əldə etmək hədəflənir.

İlon Maskın Yaratdığı SpaceX-in rabitə peyk şəbəkəsi rəsmi olaraq 2015-ci ilin yanvarında elan edildi və Vaşinqton ştatının Redmond şəhərində peyk inkişaf etdirmə mərkəzi yaradıldı. Layihə “Eyni Ulduz Altında” kitabından ilhamlanaraq Starlink adlandırılıb və 2017-ci ildə qeydiyyatdan keçib. Şirkətin məqsədi bütün dünyada sürətli internet əlçatan etməkdir. Hal-hazırda da Starlink peyk şəbəkəsi üzərində işlər və yenilənmələr aparılır. Hətta gecələr göyüzünə baxan zaman Starlink peyklərini görə bilərsiniz.

2016-cı ildə Musk beyin-kompüter interfeysləri üçün Neuralink şirkətini qurdu. Hazırda da insanlar üzərində təcrübələr aparılmağa başlanması gözlənilir.

 

İlon Maskın məqsədi nədir?

İlon Maskın biznes məqsədi bəşəriyyətin davamlılığını təmin etmək və insanlığı “çox planetli növə” çevirmək olduğu hərkəs tərəfindən bilinir. Xüsusilə Tesla və SolarCity ilə davamlı enerjiyə və SpaceX ilə Marsda koloniya yaratmaq vizyonuna böyük sərmayələr qoyan Mask, böyük ölkə və şirkətlərlə əməkdaşlıq edərək hər keçən gün öz məqsədinə daha çox yaxınlaşır. İlonun sevənləri çox olduğu qədər, ondan nifrət edən şəxslərdə çoxdur. Bir hissə insane görə İlon Mask heçbir məqsədi olmayan, sadəcə şan-şöhrət üçün hərəkət edən “kloundur”. Bir hissə insana görə isə İlon Mask dünyanı ələ keçirməyə çalışan, bir qrup ölkə və ya şəxslər tərəfindən oynadılan kuklalardan biridir. Onlara görə Neurelink və Starlink şirkətləri məhz bu məqsədlər üçün yaradılıb.

 

Digər tərəfdən öz fikirləri ilə İlon Mask uzaqgörən düşüncəsi, innovativ layihələri və böyük hədəfləri ilə tanınan bir sahibkardır. O, insanlar tərəfindən böyük risklər götürən və böyük uğurlar qazanan iş adamı kimi tanınır.

Digər saytımız: Taniyaq.az

Digər məqalələrimiz: Jeff Bezos kimdir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close