Sahil Babayev erməni təxribatı barədə müraciət ünvanlayıb

Nazir Sahil Babayev erməni təxribatı və 27 sentyabr tarixindən etibarən törətdiyi hadisələr barədə digər ölkələrdəki həmkarlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi müraciət edib.

Müraciətdə 27 sentyabrdan etibarən Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış yerlərinin Ermənistan ordusu tərəfindən atəşə məruz qaldığı və nəticədə hərbi qulluqçularımızın, tərkibində uşaq, qadın və qoca da olmaqla otuz mülki şəxsin həlak olduğu, 143 nəfərin bədən xəsarəti aldığı, 66 mülki obtyektin, 427 fərdi yaşayış evinin yararsız hala düşdüyü qeyd olunur. Bununla da Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğu qeyd olunur.

Müraciətdə Sahil Babayev erməni silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq, mülki sakinlərin təhlükəsizliyini təmin etmək üçün ordumuzun əks-hücum əməliyyatına başladığını qeyd edib. Bununla yanaşı, beynəlxalq humanitar hüquq normaları əsas tutmaqla Azərbaycan ordusunun bu hərbi əməliyyatlarının mülki sakinlərə, obyektlərə istiqamətlənmədən aparıldığı və ordumuzun öz ərazilərimizdə döyüşdüyü rəhbər şəxslərin diqqətinə çatdırılıb.

Müraciət zamanı Sahil Babayev erməni rəhbərliyinin danışıqları pozmaq fikrində olduğunu, Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsinin danışıqlara ciddi zərbə vurduğunu bildirir. Vurğulanır ki, bütün bu baş verənlər danışıqların istiqamətini dəyişidirmək cəhdi kimi qiymətləndirilməlidir. ATƏT-in Mink qrupunun həmsədrləri də bu faktı təsdiqləyir. Bununla yanaşı Ermənistan Cenevrə Konvensiyasından irəli gələn beynəlxalq hüququ ciddi formada pozur və xarici vətəndaşları işğal olunmuş ərazilərimizdə qanunsuz olaraq məskunlaşdırır.

Qeyd olunur ki, torpaqlarımızın iyirmi faizi otuz ildir ki, düşmən Ermənistanın işğalındadır. 1993-cü ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsi təcavüzkar Ermənistan ordusunun zəbt olunmuş ərazilərimizdən dərhal çıxmasını tələb edir. Amma otuz ilə yaxındır ki, təcavüzkar Ermənistan bu qətnamələrə əhəmiyyət vermir.

Sahil Babayev erməni təcavüzkarlığına qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacibliyini də qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Close