Pensiya yaşının azaldılması ilə bağlı açıqlama
![pensiya](https://personalar.az/wp-content/uploads/2022/02/pensiya-780x470.jpg)
“Hazırda pensiya yaşının azaldılması ilə bağlı məsələ aktual deyil”
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov açıqlama verib.
O, bildirib ki, Azərbaycanda orta ömür uzunluğu 77 yaşdan yuxarıdır: “Bundan əlavə olaraq pensiyaçıların yaş həddi bu yaşdan yuxarıdır. Bütün bunlar nəzərə alınaraq pensiya yaş həddinin aşağı salınması gündəmdə deyil. Dünya təcrübəsinə baxdıqda pensiya yaşının hətta 65-in üzərində olması, həmin insanların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir”.