Sahil Babayev DOST konsepsiyası barədə məlumat verib

Türkiyə Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Vedat İşikhanın rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin işi ilə yerində tanış olmaq üçün  DOST Mərkəzində olub. Bu səfər zamanı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyası haqqında nümayəndə heyətinə ətraflı təqdimatla çıxış edib.

Sahil Babayev DOST Agentliyinin Azərbaycanda sosial xidmətlər sahəsində mühüm yenilik olduğunu vurğulayıb. Nazir DOST mərkəzlərinin sürətlə genişləndiyini və ötən müddətdə 2,6 milyon vətəndaşa xidmət göstərdiyini və bu xidmətlərdən məmnunluğun kifayət qədər yüksək olduğunu bildirib. O, dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində əldə edilən uğurlardan da danışıb.

Nümayəndə heyəti üçün DOST Agentliyində DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramı haqqında məlumat verilib. Bu səfər Azərbaycan və Türkiyə arasında əməkdaşlığın möhkəmlənməsinə və sosial xidmətlər sahəsində təcrübə mübadiləsinin artmasına töhfə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close