Sahil Babayev: Şəhid ailələrinə ödənişlər 3 dəfə artıb

Sahil Babayev: “Beş və daha çox uşağı olan şəxslərə xüsusi güzəştlər və imtiyazlar nəzərdə tutulur”

Bunu nazir Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə zamanı söyləyib.

Qurumun ümumi siyasəti çərçivəsində çoxuşaqlı ailələrə davamlı dəstək verməyə qərarlı olduğunu söyləyən nazir Sahil Babayev bu çərçivədə prezident müavinətlərində və digər əlaqəli sahələrdə də artımların nəzərdə tutulduğunu açıqlayıb.

Müharibədən sonrakı dövrə diqqət yetirərək Sahil Babayev bildirir ki, son 3 ildə şəhid ailələrinə və müharibə əlilləri ailələrinə verilən ödənişlər 3 dəfə artıb. İndiki məlumatlara görə, şəhid ailələrinə orta hesabla 1300 manatdan yuxarı pensiya verilir.

Müharibə əlillərinin aldığı aylıq müavinət və bu pensiyaların orta məbləği 750 manatdan yuxarıdır. Gələn il üçün orta hədəf məbləği 800 manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close