Sahil Babayev Macarıstan-Azərbaycan əlaqəsinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Sahil Babayev Macarıstanın Azərbaycanla olan əlaqəsinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Ümumlikdə imzalanmış 50 sənəd ölkələrarası iqtisadi, elmi əlaqələrin inkişafına təkan vermişdir.
Birgə Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafıə naziri Sahil Babayev 2005-ci ildən bu günümüzə 10-dan çox tədbirlərin, eyni zamanda 8-ci iclasın və Biznes Formunun Bakıda keçirildiyini qeyd edib.
Macarıstanın Azrbaycandakı fövqəladə və səlahiyyətli səfiri V.Sederkeni hazırda strateji əməkdaşlıq əlaəqlərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.
Macaristan şirkətlərinin Azərbaycanda tikinti işlərinə qoşulma istəyini nəzərə alaraq, Ələt Azad İqtisadi Zonasının layihələrində iştirakın maraqlı ola biləcəyini Sahil Bbayev çıxışı zamanı bildirmişdir.
Sonda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin müşaiyəti ilə konsert programı təşkil olunmuşdur.