Sahil Babayev erməni işğalından azad edilmiş ərazilərin infrastrukturdan danışıb

Sahil Babayev erməni işğalından azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacağından danışıb

“2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ordumuzun möhtəşəm qələbəsi ilə tariximizə qızıl həfrlərlə yazıldı”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafie naziri Sahil Babayev nazirlikdə baş tutan iclasda deyib. Sahil Babayev erməni işğalından azad olunmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri daxilində həmin ərazilərdə müasir sosial infrastrukturun qurulacağından da bəhs edib. İclas İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin sonlarına həsr olunan müşavirədə prezidentin sosial sahə ilə bağlı verdiyi tapşırıqların həyata keçirilməsi ilə bağlı irəlidə dayanan vəzifələrə həsr olunub.

Nazir 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. Müşavirədə də prezidentimiz keçən il sosial sahə ilə bağlı çox böyük işlər görüldüyünü vurğulayaraq bildirib: “Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə doqquz mindən artıq şəhid ailələri dövlət tərəfindən ev və mənzillə təmin edilib”.

Sahil Babayev erməni terrorundan zərər çəkən şəhid ailələri və müharibə əlillərinə keçən il 1500 mənzil və fərdi evin veriləcəyini və yaxın tarixlərdə bu planın icrasının da tam başa çatacağını söyləyib. Prezident bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsi şəhidlərinin doğmalarına evlər təqdim ediləcəyini vurğulayıb.

Ərazilərimizin işğaldan qurtulması uğrunda gedən döyüşlərdə yaralanmış qəhrəmanlarımızın müalicəsindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemininin yaradıldığını də söyləyib.

Sosial mudafie naziri Sahil Babayev Nazirliyin e-arayış xidmətlərinin sayının altmış bir, proaktiv xidmətlərin sayının isə otuz dörd olduğunu söyləyib. Son bir il ərzində isə 95 min pensiya, müavinət və təqaüd təyinatlarının elektron formada olduğunu və ünvanlı dövlət sosial yardım proqramının isə genişləndirildiyini vurğulayıb.
İclas zamanı ölkə başçısının tapşırıqlarının icrası olaraq ediləcək işlər haqqında daha geniş müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close