Sahil Babayevin müavini işdən azad edildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müavini İlqar Rəhimov vəzifəsindən azad edildi.

ƏƏSMN-in aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Əzizov Bəxtiyar Əsgər oğluna tapşırıldı.

Xatırladaq ki, Ölkə başçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olundu.

Sosial mudafie naziri Sahil Babayev kimdir? Sahil Babayev əslən haralıdır? – bu barədə ətraflı məlumat üçün məqaləni sona qədər oxuyun.

Sahil Babayev kimdir?

Sahil Rafiq oğlu Babayev hazırda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziridir.

Nazir 2000-ci ildə Bakı Dövlət Universitetini “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsinin bakalavr dərəcəsini fərqlənmə alaraq yekunlaşdırıb. 2002-ci ildə isə magistr dərəcəsini, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini əldə edib.

Sahil Babayev əslən haralıdır?

Nazir Sahil Babayev 1980-ci ildə Bakıda anadan olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close