Sahil Babayev mükafata layiq görülüb

Nazir Sahil Babayev mükafata layiq görülüb.

“Caspian Energy Club” altıncı Beynəlxalq “Caspian Business Award2021” mükafatının təqdimetmə mərasimini həyata keçirib. Mərasimdə dövlət qurumları, diplomatik missiyaların nümayəndələri, “Caspian Energy Club” üzvləri olub. Təqdimetmə mərasimində mükafatlar nominasiyalar üzrə verilib.

Sosial müdafie naziri Sahil Babayevə də “Caspian Business Award2021” mükafatı təqdim edilib. O, bu mükafata  biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev ilin yekununa dair mükafatlara layiq şəxslərin kluba üzv şirkət rəhbəri arasında keçirilən sorğunun nəticələri ilə seçildiyini söyləyib.

Nazir də öz növbəsində “Caspian Energy Club”un rəhbərliyinə və üzvlərinə dərin təşəkkürünü dilə gətirib.

O,ölkə başçısı Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə, eyni zamanda əmək və  məşğulluq sahəsində geniş miqyaslı islahatların baş tutduğunu söyləyib.

Nazir eyni zamanda “Caspian Energy Club”la Nazirliyin fəal əməkdaşlıq təcrübəsinin formalaşdığını da dilə gətirib. O, həmçinin qarşıdakı dövrdə də qarşılıqlı əməkdaşlığın davam edəcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, Caspian Energy Club – dünyanın əlli ölkəsindən beş mindən artıq şirkətləri özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən (və ya niyyəti olan),  regional iri təşkilatdır.

Təşkilat iki min ikinci ilin iyun ayında Caspian Energy-nin fəal iştirakı və Xəzər Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi əsasında yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close