Maaşlar artırılacaq – Sahil Babayev

Ölkə başçısı İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən  2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb.

Bu barədə Sosial müdafiə naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq: “Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən, minumum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq”.

Nazir Sahil Babayev pensiya artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılacağının nəzərdə tutulduğunu söyləyib.

Nazir onu da əlavə edib ki, ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunmasıdır. Bundan əlavə olaraq bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb və qarşıdakı dövrdə də davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close