Sahil Babayevin müavini işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin (Sahil Babayev) daha bir müavini işdən çıxarıldı.

Ölkə başçısı prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən nazir Sahil Babayevin müavini İdris İsayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün bundan öncə Emek ve Ehalinin Sosial müdafiesi nazirinin müavini İlqar Rəhimov da vəzifəsindən azad olunmuşdu.

Dövlət başçısı İlham Əliyevin digər sərəncamı ilə İdris İsayev Təhsil naziri Ceyhun Bayramovun müavini təyin edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamna əsasən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.

Sahil Babayev kimdir?

Sosial Mudafie nazirinin – Sahil Babayev dogum tarixi 1980-ci ildir. Bakı şəhərində anadan olan Sahil Babayev
2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb. 2002-ci ildə isə magistr dərəcəsi qazanıb və hüquq üzrə fəlsəfə doktorudur.

BDU-nin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzulara dair mühazirəçi kimi iştirak edib. Bir sıra ölkələrdə, o cümlədən Fransa, İngiltərədə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində bir sıra təlim və kurslarda olub.

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının da sədri vəzifəsində çalışır.

Bir neçə – ingilis, rus, türk və fransız dillərində danışa bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close