Sahil Babayev Abşeron rayonunda vətəndaşlarla görüş keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşlarla görüş keçirib.

Vətəndaşlarla görüş zamanı Sahil Babayev ölkəmizdə aparılan sosial siyasətin nailiyyətləri, vətəndaş rifahının təminatı istiqamətində atılan addımları diqqətə çatdırıb. Müavinət və təqaüdlərin, minimum pensiyanın, əmək haqlarının artırıldığını, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini vurğulayıb.

Sahil Babayev vətəndaşlarla görüş zamanı aşağıdakı mövzuları müzakirə edib.

Vətəndaşlarla görüş məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına cəlb edilmə, əlillik, reabilitasiya və sosial xidmətlər, pensiya, sosial müavinət, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri əhatə edib. Hər bir müraciət nazirliyin aidyyəti struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Bir sıra şəxslərə Abşeron rayonu üzrə əmək bacarıqlarına uyğun münasib iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiya və sosial xidmətlərə cəlb edilməsi üçün onların qeydiyyatı aparılıb. Vətəndaşlardan bir qisminə isə müraciətlərində ifadə olunan məsələlərə dair hüquqi izahatlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Close