Sahil Babayevin erməni həmkarı istefa verdi

Əmək və Əhalinin Sosial Müdafiə nazirinin (Sahil Babayev) həmkarı istefa verdi.

Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan aprelin 23-də tutduğu vəzifədən istefa verib.

İstefa ilə bağlı xəbəri nazir Facebook səhifəsində yazıb.

Eks nazirin sözlərinə görə, Vətən müharibəsindən sonra yaranan vəziyyətin çətinliklərini dəf etmək üçün məsuliyyəti öz üzərinə götürüb. O, həmçinin qeyd edib ki, hazırda bu istiqamətdə sosial problemlər öz həllini tapıb.

Qeyd olunan məlumata əsasən, Arakelyan hökumətin verdiyi bir sıra qərarlara qarşı çıxıb. O, hətta yeni il tətillərinin yanvarın 2-dək azaldılmasına etiraz etmiş və bunun iqtisadi baxımdan birmənalı qarşılanmadığını bildirmişdi.

Nazir Sahil Babayev erməni zorakılığı nəticəsində şəhid olmuş şəxslərin ailələrinə və Qarabağ müharibəsi əlillərinə “Ümid” qəsəbəsində mənzillərin verilməsi tədbirində iştirak edib.

Nazir Sahil Babayev erməni işğalı nəticəsində həlak olmuş şəxslərin ailələrinə və Qarabağ müharibəsi əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində 30 mənzilin təqdim edilməsi tədbirində iştirak edib.

Tədbirdə həmçinin Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib.

S.Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Nazir son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artımı diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamının bu istiqamətdə mühüm irəliləyişlərə imkan yaratdığını diqqətə çatdıran S.Babayev Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini deyib. Qeyd edib ki, həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda (o cümlədən Vətən müharibəsində) şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close