Ədib

Mirzə Ələkbər Sabir kimdir?

Yeni dövr dünya ədəbiyyatının satirik şairi Mirzə Ələkbər Sabir ictimai xadim, filosof və müəllim olmuşdur.

Mirzə Ələkbər Sabir həyatı

Ələkbər Zaynalabdin oğlu Tahirzadə 1862-ci il 30 may tarixində Şamaxı şəhərində anadan olmuşdur.

Atasının ruhani bir gələcəyə sahib olmasını istədiyi üçün Sabir dörd il boyunca mollaxanaya getmişdir. 12 yaşına çatdıqda Seyid Əzimin təsis etdiyi yeni üsul məktəbə getmişdir. Bu məktəb onun şairlik bacarıqlarının inkişafına kömək etmişdir.  Sabir burda keçirdiyi bir-iki ilin ardıdan məktəbdən ayrılmış və atasının yanında dükkanda işləməyə başlamışdır. Bu dövr ərzində atasının narazılıqlarına baxmayaraq şeirlər yazmağa davam etmişdir.  Şair 1885-ci ildə səyahət adı ilə Orta Asiya prdanda İrana gedir. Səyahəti sırasında yerli ağaların taladığ yerlərdəki vəziiyət şairdə mənfi təəsüratlar yaratsa da Sabir səfər etdiyi yerlərin tanınmış yazıçıları ilə görüşür.

1887-ci ildə səfərdən qayıtdıqdan sonra sabir qohumu Büllurnisə adlı xanımla ailə həyatı qurur. 9 övladı olan şair ailəni dolandırmaq üçün sabun bişirərək satmağa başlayır. 1907-ci ilin əvvəllərində Sabir sabun bişirməkdən əl çəkərək mətbuat və marif sahəsiində çalışmaq qərarına gəlir. Şair Qorimüəllimlər seminariyası tərəfindən mənfi cavab alsa da Şamaxıda müəllim olaraq işləməyə başlayır.  Həmin ilin Sentyabr ayında sabir çoxdan xəyalını qurduğu “Ümid” məktəbini təsis edir. Bu məktəbdə 60-a yaxın şagird təhsil alır. 1910-cu ildə Mirzə Ələkbər Sabir Bakıya gəlir və “Zənbur” jurnalının redaksiyasında işləməyə başlayır. Bunun ardınca sıra ilə “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir.  Mirzə Ələkbər Sabir Azərbaycanın ilk satirik jurnalı sayıla “Molla Nəsrəddin” juranlı üçün böyük həvəslə yazılar yazmışdır. Çarizmin fitnəkar milli siyasətini tənqid edən bu satirik yazılar hələ axıradək dərk olunmurdu. Həmin dövrlərdə Sabir Bakıda nəşr olunan “Həyat”  “İrşad”, “Tazə Həyat” qəzetlərində və “Dəbistan”, “Rəhbər”, “Bəhlus” jurnallarında şir və məqalələri ilə çıxış edirdi.

Mirzə Ələkbər Sabir yaradıcılığı

Bədii yaradıcılığıa kiçik yaşlarında başlayan sabir Seyid Əzim Şirvaninin məktəbində oxuyarkən ilk şeirləlrini yazmağa başlayır. Sabirin də yaradıcılığının ana xətti sevgi və məhəbbət duyğularının tərənnümünə fokuslanmışdır.  Şairin 19-cu əsrin axırı 20-ci əsrin əvvəllərində yazdığı lirik şeirlərinin bir qismind ictimai problemlərin vurğulandığını görmək mümükündür.

Sabirin satirik üslubu birdən-birə formalaşmamıışdır. İlkin vaxtlardan gənc şair mürtəce adamlara tənqidi yanaşmağa başlamışdır. 1905-ci il inqilabı isə Mirzə Ələkbər Sabirin bədii yaradıcılığında dönüş nöqtəsi sayılmaqdadır. Beləki əsərlərində ictimai məzmun, inqilabi-demokratik ideyalar güclənmişdir.  Sabirin fikir və xəyallaırnın mərkəzində əsrdən-əsrə keçərək qüvvətlənən, yeni ifadə formaları alan xalq mövzusu dururdu.

Satirik şair Sabir əsərlərinin bir çoxunda  zəhmətkeşlərin müdafiəçilərindən biri olaraq xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. Bu əsərlərdə mənfi tipləri düşündürən əsas məsələ əməkçi xalqda əmələ gələn dəyişiklik, onun fəallaşıb getdikcə siyasətə daha çox qarışması, daha çox qüvvə, bacarıq əldə etməsidir.

Mirzə Ələkbər Sabir vəfatı

Sabir 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur. 1911-ci ildə müalicə üçün Tiflisə gedir və Cəlil Məmmədquluzadənin evində qalır. Həkimlər bu dövrdə şaairə əməliyyat aparmağı təklif etsələr də şair razı olmayıb Şamaxıya qayıdır. Xəstəliyi şiddətlənən şair başqa bir əlacı qalmadığı üçün əməliyyat olmağa razı olur. Buna baxmayaraq həkimlər artıq gec olduğunu bildirərək ona Şamaxıya qaytmağı məsləhət görürlər. 1911-ci il iyulun 12 də Mirzə Ələkbər Sabir Şamaxıda vəfat edir və “Yeddi Güşə” qəbirstanlığında dəfn edilib.

Mirzə Ələkbər Sabirə aid ev muzeyini virtual olaraq səyahət etmək sabirmuseum.az saytını ziyarət edin.

 

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close