Abbasqulu ağa Bakıxanov kimdir?
Azərbaycanın görkəmli yazıçılarından olan Abbasqulu ağa Bakıxanov haqqında sizinlə dəyərli məlumatları bölüşəcik.
Azərbaycanın ilk tarixçilərindən hesab olunan Abbasqulu ağa Bakıxanov 1794-cü ilin iyun ayında anadan olmuşdur. Atası Bakı xanı olan II Mirzə Məhəmməd xanın oğludur. Bakının Əmircan qəsəbəsində anadan olan Abbasqulu ağa gənc yaşlarından Qubada yaşamış və çox yaxşı təhsil almışdır. XX əsrin maarifçilərindən olan Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycanda ilk dəfə tarixşünaslıq elminin banisi olmuşdur. O, bir çox dillərdə: Azərbaycan, ərəb və fars dillərində şeirlər yazmışdır. Qubada ilk dəfə olaraq “Gülüstan” adlı elmi-ədəbi məclis təşkilatçılarından olmuşdur. Daha sonralar o, rus dilinidə mükəmməl öyrənərək, Çar Rusiyasının dəftərxanasında tərcüməçi vəzifəsində çalışmışdır.
Abbasqulu ağa Bakıxanov araşdırmaları
Azərbaycan ərazisində və eləcə də Dağıstanda keçmiş dövrlərdə yaşamış və orada məskunlaşmış bir çox feodal dövlətlər, eləcə də xanlıqlar haqqında araşdırmışdır. Burada hökm sürmüş monqol və türk tayfalarının 1813-cü ilə qədər olan tarixini dəqiq tədqiq edərək “Gülüstani-İrəm” əsərində qeyd etmişdir. Bu əsər sonralar bütün Rusiya imperiyası və Avropada elmi cəmiyyətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Abbasqulu ağa Bakıxanovun əsərlərinin çoxu maarifçi xarakter daşıyır.
Abbasqulu ağa Bakıxanov əsərləri
A.Bakıxanovun əsəri olan “Firəng məclisi” poemasında həyatda təcrübəsi az olan gənc bir zadəganın sərgüzəşləri bəhs edilir. Sərbəst həyat tərzi sürən, mənasız günlər keçirdən bir o qədər də gözəl amma evli bir xanıma aşiq olması bununlada uğursuz bir məhəbbət məcarası keçirdir. Mənəvi şəkildə izdirablı olan duyğuları romantik üslübda əks etdirmişdir.
Abbasqulu ağa Bakıxanov Rusiyanın, Türkiyənin və bununla bərabər bir çox ölkənin ordenləri ilə mükafatlandırılmışdır. O, 1847-ci ildə Məkkə yaxınlığında dünyasını dəyişdiyi bildirilir. Doğulduğu Əmircan qəsəbəsində onun şərəfinə büst qoyulmuşdur.