Siyasətçi

Pərviz Şahbazov kimdir?

Energetika naziri Pərviz Şahbazov kimdir sualı ilə axtarış edirsinizsə, məqaləni sona qədər oxumağınızı tövsiyə edirik. Nazir Pərviz Şahbazovun həyatı, fəaliyyəti və ailəsi ilə bağlı məlumatlarla məqalədə tanış ola bilərsiniz.

Pərviz Oqtay oğlu Şahbazov dövlət xadimi, Azərbaycan Respublikasının Energetika naziridir.

Pərviz Şahbazov həyatı

Pərviz Oktay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakıda anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, 1988-1989-cu illərdə hərbi xidməti başa vurmuşdur. Pərviz Şahbazov Azərbaycan, rus, ingilis və alman dillərini mükəmməl bilir.

Pərviz Şahbazov fəaliyyəti

Diplomatik fəaliyyətə 1990-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində təcrübəçi kimi başlayıb. 1992-1996-cı illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində attaşe vəzifəsində çalışıb. Daha sonra 1996-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada departamentlərində çalışmış, burada ikinci katib, birinci katib, şöbə müdiri və şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.

2001-2005-ci illərdə Azərbaycan Respublikasının, daha sonra Avstriya Respublikasında səfirliyinin müşaviri vəzifəsində çalışıb və burada müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrlik edib və həmin il Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib və 2016-cı ilədək bu vəzifədə olub.

Pərviz Şahbazov Energetika Naziri Təyin edildi

2016-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində çalışdıqdan sonra 2017-ci il oktyabrın 12-də Azərbaycan Respublikasının energetika naziri vəzifəsinə təyin edilib.

Pərviz Şahbazovun ailəsi

Şəxsi həyatı, ailəsi ilə bağlı mətbuatda çoxlu məlumatlar olmasa da, əldə etdiyimiz məlumata əsasən Pərviz Şahbazov ailəlidir və iki övladı var.

Energetika nazirliyi qəbul günləri

Energetika Nazirliyində qəbul günləri ilə bağlı detalları təqdim edirik:

Qəbul günləri hər ayın ilk bazar ertəsi saat 15:00-18:00 arasıdır.

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close