Siyasətçi

Səməd bəy Mehmandarov kimdir?

Səməd bəy Mehmandarov haqqında məlumatları sizə təqdim edirik.

Səməd bəy Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəran rayonunda anadan olmuşdur. Əslən Şuşadandır. Bakıda gimnaziya təhsili almışdır. Peterburda yerləşən ll Konstantinovka məktəbinə 16 yaşında qəbul olmuşdur. 1875-ci ildə podporuçik rütbəsi almışdır və üçüncü dərəcəli müqəddəs stanislav ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general mayor rütbəsi almışdır.

Səməd bəy Mehmandarov Port-Artur döyüşlərində

1904-cü ildə rus-yapon müharibəsi başlayanda Səməd bəy Mehmandarovun 48 yaşı var idi. Yaponlar yanvarın 26-na keçən gecə Port Arturda yerləşən rus eskadrilyasına hücum edərək “Retvizan”, “Sesareviç” zirehli gəmilərini və “Pallada” kreyserini yandırıblar. Münaqişə başladı. Səməd bəy Mehmandarov ertəsi gün Yeddinci Sibir atıcı diviziyasının komandiri təyin edildi. Quru Qoşunlarının komandanı, general-mayor Roman Kondratenko əmr verdi. Mehmandarovun döyüş əzmi və liderlik qabiliyyəti Roman İsidoroviçə yaxşı məlum idi. Elə buna görə də Səməd bəy onu Şərq Cəbhəsinin komandiri etdi. Port Arturun müdafiəsində bu, ən vacib cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvələri bu yerə göndərmişdilər. Onlar mütəmadi olaraq ayrı-seçkilik etmədən hücumlar edib, partlayıcıları işə salıblar. Kondratenkonun ən yaxın köməkçilərindən biri polkovnik Səməd bəy Mehmandarov idi.

Səməd bəy Mehmandarov

Səməd bəy Mehmandarov Birinci dünya müharibəsi dövründə

Birinci dünya müharibəsi başladığı zaman Səməd bəy Mehmandarov 21-ci piyada diviziyasına başçılıq edirdi. Bu vaxta qədər onun həyatında bir çox mühüm hadisələr baş vermişdir. O, əsirlikdən qayıtdıqdan sonra yeddinci Şərqi Sibir artileriyasının başçısı təyin edildi. Bundan sonra daha da məsuliyyətli iş tapşırıldı. Üçüncü Sibir ordusunun artileriya rəisi oldu. Səməd bəyə bu vəzifədən sonra 1908-ci ildə daha iki böyük sevinc bəxş olur. Həmin ilin iyul ayının on üçündə general-leytenat rütbəsi ilə təltif olunur. Bu hadisələrdən sonra Səməd bəy Mehmandarovun başına daha gözəl hadisə gəlir həyat çox uzun iztirabdan sonra ona oğul payı verir. Səməd bəy oğluna Pir adını verir. l Dünya müharibəsi illərində Mehmandarov bir çox uğurlu əməliyyatların öhdəsindən gələn istedadlı sərkərdə kimi artıq ad-san qazana bilmişdir. 1914-cü ildə keçirtdiyi növbəti əməliyyat zamanı növbəti şöhrətini qazanmış olur. Alman qoşunlarından güclü hücüm ilə İvanqorod şəhərini aldılar və bundan sonra Lodz şəhəri uğrunda mübarizələr başladı. Düşmən güclü təzyiqlə rus qoşunlarını geri çəkilməyə məcbur edir və ağır vəziyyətə düşür. Bütün mövqelərdən hücuma keçən alman qoşunları rusları mühasirəyə almağa cəhd edirdi. Rus ordularının geri çəkilməyə məcbur olduğu belə bir vaxtda Mehmandarov hücum edərək alman qoşunlarına ağır zərbələr vurur.

Etiketlər

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close