Musiqiçi

Kurt Kobain kimdir?

Kurt Kobain 20 fevral 1967-ci ildə Vaşinqton ştatının Aberdin şəhərində anadan olmuş, dünya şöhrətli amerikalı musiqiçidir. 5 aprel 1994-cü ildə Sietldə, Vaşinqtonda vəfat etmiş musiqiçi, mahnı müəllifi və Nirvana rok qrupunun qurucu üzvü idi. Kobain qısa ömrü ərzində dünya, əsasəndə rok musiqisinə böyük təsir bağışlayıb və hal-hazırda da musiqisinin mühüm simalarından biri hesab olunur.

Kurt Kobainin həyatı

Kurt Kobainin uşaqlığı çətin keçib. Beləki, valideynlərinin boşanması və ailə problemləri gənc musiqiçiyə mənfi təsir göstərib. Kurt Kobainin gəncliyi ailəvi problemlərlə keçirdi və bu dövrdə o, musiqiyə olan marağı və müxtəlif musiqi janrlarını, xüsusən də roku kəşf etməsi ilə problemlərindən və daxili aləmindən qaçmağa başlayır. Orta məktəb illərində gitara çalmağa başlaması ilə musiqi ilə daha da iç-içə olmağa başlayıb. Atası evdən ayrıldıqdan sonra Kurt anası ilə yaşayır və bu prosesdə musiqi onun üçün terapiya və ifadə formasına çevrilir.

Kurt Kobainin karyerası

Kobain 1987-ci ildə Nirvana qrupunu yaratdı və qrup tez bir zamanda izləyici kütləsi qazanmağa başladı. Nirvana qrupu 1991-ci ildə indi də bir çoxları tərəfindən sevilən və dinlənilən “Nevermind” albomunu buraxdı. Albomun ən məşhur parçası olan  “Smells Like Teen Spirit” musiqinin gedişatını dəyişdirən və grunge musiqisinin əsas janr kimi formalaşmasına kömək edən bir mahnı oldu. Kobainin daxili konfliktləri və onların musiqidə ifadəsi musiqi parçalarına dərin emosional yük qatırdı. “Nevermind” həm Kobainin, həm də qrupun digər üzvlərinin ərsəyə gətirdikləri ilk professional albom idi, amma buna baxmayaraq albom dinləyicilər tərəfindən çox sevildi və dövrün məşhur və iz qoyan albomlarından birinə çevrildi.

Nirvana “Nevermind” albomu ilə böyük kommersiya uğuru əldə etdi və növbəti proyektləri ərsəyə gətirmək üçün bir növ yol açıldı.

 

Nirvananın musiqi dünyasına təsiri

Kurt Kobainin sözləri və Nirvana qrupunun musiqisi ağır emosional yüklə dolu idi. Kobain mahnılarında gənclərin daxilindəki mübarizəni, sosial tənqidi və fərdi azadlıq axtarışlarını işıqlandırıb. Onun musiqisi gənclər arasında böyük əks-səda yaratmış, həm də gənclərin mədəniyyətinin və ruhunun əksi olmuşdur. Kobainin uğuru təkcə musiqi sənayesinə verdiyi töhfələrlə məhdudlaşmırdı, həm də gənclər arasında axın yaradıb, onların emosional və sosial problemlərini dilə gətirib.

Nirvana’nın uğuru Kobainin musiqisinin orijinallığı və üsyanı ilə paralel idi. Bütün karyerası boyu qrup musiqinin ənənəvi normalarını şübhə altına alan və onları alt-üst edən mövqe nümayiş etdirib. Kobainin musiqisi gənclər arasında üsyan və alternativ həyat tərzi axtarışlarının alovunu gücləndirirdi. Nirvana 90-cı illərin musiqi səhnəsində musiqinin əsas prinsiplərini sorğu-sual edərək və sındırmaqla bir növ dönüş nöqtəsi oldu. Əlbəttə, ənənəvi musiqinin tərəfədarı olan bir qrup musiqiçi və dinləyicilər tərəfindən də tənqidlərə və nifrət şüarların məruz qalırdılar, amma buna baxmyaraq indi də sevilən musiqi və albomları bəstələməyə davam etdilər.

“Smells Like Teen Spirit”, “Come as You Are”, “In Bloom”, “Lithium”, “All Apologies” kimi Nirvana mahnıları rok musiqisinin klassiklərindəndir.

 

Kurt Kobainin ölümü

5 aprel 1994-cü ildə Kurt Kobein Sietldəki evində ölü tapıldı. Analiz və incələmələrin nəticələri Kobainin özünü güllələyərək intihar etdiyini təsdiqləyib.

Halbuki bir çox musiqi dinləyicisi və pərəstişkarı Kurt Kobainin öldürüldüyünü və bu cinayətə sadəcə intihar pərdəsi çəkildiyini düşünür. Bəzi mənbələrdə də hadisənin bu formada ola biləcəyi haqqında yazılar və fikirlər mövcuddur. Ancaq təəssüfki bu iddialar öz təsdiqini tapmayıb və Kobainin özünü öldürüldüyü qəbul olunub.

Kobainin ölümü rok musiqi dünyasını dərindən sarsıtdı və onun faciəvi itkisi pərəstişkarları və musiqisevərlər tərəfindən böyük kədərlə qarşılandı. İstər səmimiyyəti, istər musiqisi, istərsə də öz emosiları və fikirləri bir çox dinləyici və musiqisevərin ona heyran olmasına gətirib çıxarmışdı.

Kurt Cobainin musiqisi və təsiri ölümündən sonra da davam etdi. Nirvana mahnılarını hələ də dünyada milyonlarla insan dinləyir. Cobain musiqisi gənclər arasında üsyan, azadlıq və onun axtarışı, sülh və stimul mənbəyi olmaqda davam edir. Onun özünəməxsus ifadəsi ilham mənbəyi olub, musiqinin gücünü və orijinallığının vacibliyini vurğulayır. Kurt Kobain qısa, lakin təsirli karyerası boyunca musiqinin universal bir dil olduğunu sübut edən, musiqinin insanların ruhuna və emosional dünyasına təsir göstərə biləcəyini göstərən şəxsiyyət kimi yadda qalıb.

Digər məqalələrimiz: Barış Manço kimdir? 

Digər saytımız: Taniyaq.az

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close