Qaraqan kimdir?
Qaraqan , tam adı ilə, Elxan Aqşin oğlu Zeynallı, azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatının ilk qalibidir. O,orta təhsilini Bakı Türk Liseyində, bakalavr təhsilini isə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində almışdır.
Qaraqanın ad günü.
Qaraqan, 3 aprel 1987-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olmuşdur.
Qaraqanın karyerası.
Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlamış, 2007-ci ildə yaranan H.O.S.T qrupunun əsas qurucularından və üzvlərindən biri idi. H.O.S.T qrup olaraq fəaliyyətini 2012-ci ildə dayandırmış olsa da, Qaraqan yoluna Madhouse Communnity ilə davam etmişdir.
2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayan Qaraqan, 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və bir sıra hekayələrin müəllifidir. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilən Elxanın, elə həmin il yayımlanan “A” romanı Azərbaycanda bestsellerə çevrilmişdir. 2008-ci ildə Azərbaycanda “İlin Gənci” adına layiq görülmüş, 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunmuşdur. 2009-cu ildə “Bir milyon dollarım olsaydı” romanı ən çox satılan kitab olmuşdur. Rus dilində olan “Исповедь Одного Извpaщeнцa” romanı ilə rus dilli kütlə arasında böyük rəğbətlə qarşılanmışdır. 2011-ci ildə “Qısa qapanma” adlı solo konsert vermişdir. 2011-ci ildə “Uşaq yardım” kampaniyasında iştirak etmiş və “Bir” trekinə klip çəkmişdir. 2012-ci ildə “Dəniz vağzalı”nda üzvü olduğu H.O.S.T qrupunun son konserti “Beşikdən Məzara” baş tutmuşdur. 2012-ci ildə Ankara və İstanbul konsertləri olmuşdur. 2012-ci ildə onun “A” romanı ABŞ-da çap olunan ilk azərbaycanlı yazıçının kitabı olmuşdur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan “Mələk” romanı MDB ölkələrində bestseller olmuşdur. 2013-cü ildə “Коpоткое Зaмыкaние” adı altında Moskva konserti keçirmişdir. 2013-сü ildə “Evakuasiya” adlı romanı maraqla qarşılanmış, elə həmin ilin noyabr ayında yaratmış olduğu trilogiyanın birinci hissəsi olan “Birinci addım: Beş anonim milyonçu” kitabı təqdim edilmişdir. 2014-cü ilin Dekabr ayının 27-sində yazıçının “Üç addım” trilogiyasının “İkinci addım”ı çapdan çıxır. Elə həmin gün oxucuları ilə BMM-də görüşən yazıçı kitabını təqdim etmiş və kitabdakı mövzularla bağlı seminar keçirmişdir. Görüşdə iştirak edən 250 nəfər oxucuya imzalı kitab verilmişdir. 2016-cı ildə isə “Üçüncü addım” kitabını çapdan çıxardan yazıçı trilogiyanı başa vurmuşdur. 2019-cu il aprel ayının 3-də uzun müddət sonra yazıçının yayımladığı “Art və Xaos” kitabı oxucuları tərəfindən böyük rəğbətlə qarşılanmış və çox sevilmişdir.
Qaraqanın karyerası musiqi və yazıçılıq fəaliyyəti olaraq iki hissəyə ayrılır. Elxan Zeynallının musiqi fəaliyyəti boyunca yayımlanan solo albomları bunlardır:
“Qısa Qapanma” (2009), “İşıq” (2011), “Leykemiya” (2012). O, 2017-ci ildə “Qışlaq” adlı albomunun hazır olduğunu bildirsə də bu albom dinləyicilərlə paylaşılmamışdır.
Qaraqanın yazıçılıq fəaliyyəti boyu çap olunmuş kitablari bunlardır:
A (2007), Bir milyon dollarım olsaydı (2009), Исповедь Одного Извращенца (2011), A (ingilis dilində) (2012), Mələk (2012), Evakuasiya (2013), Şeytanın kitabı ( – ), Birinci Addım (2013), İkinci Addım (2015), Üçüncü Addım (2016), Art və Xaos (2019).
Qaraqan və Amerika.
Qaraqan, 2008-ci ildə bir müddət Amerikada yaşasa da onun oraya köçməyi 2015-ci ilə təsadüf edir. O 2014-cü ildə Bakı şəhərində “Opera və Balet” teatrında və 2015-ci ildə Azərbaycanlı repçi RG ilə birgə underground konsert verdikdən sonra Amerikaya yollanmışdır.
Qaraqanın Amerikaya gedişinin səbəbi bir müddət bilinməsə də, sonra bu səbəb işıq üzü görmüşdür. Səbəb SXSW Festivalındakı çıxışlar və Ştatlar üzrə konsert proqramlar olmuşdur. SXSW dünyanın ən böyük musiqi festivallarından biridir. Öz miqyası və populyarlığına görə qərbin ən böyük musiqi festivalıdır. Bu festival Amerikada Texas ştatının paytaxtı olan Austin şəhərində keçirilir. Bu yalnız musiqi deyil həm də, film, start-up festivalıdır. Twitter, Foursquare kimi məşhur proqramlar ilk uğurlarını burada qazanmışdır. Eləcə də Katy Perry bu festivalda çıxışı ilə məşhurlaşmışdır. Festivalda iştirak üçün yerli və beynəlxalq 15.000-20.000 musiqi qrupu arasından yalnız 1000-1500 ifaçı seçilmişdir. Festivalda çıxış edən məşhur rep ifaçıları arasında Eminem, 50Cent, Kanye West, Lil Wayne və digərlərinin adını çəkmək olar. Festivaldakı “Metamarfoza” adı altında 8–18 mart arası konsertlərimizdən sonra Qaraqanın Texas Universitetində tələbələrlə görüşü və kitabların təqdimatı olmuşdur. Daha sonra Los Angeles, Hollivudda Amerika üçün yeni albom yazılışlarına start vermişdir.
Digər yazımız: Barış Manço kimdir?
Digər saytımız: Taniyaq.az