Sahil Babayev erməni zorakılığı nəticəsində şəhid olmuş şəxslərin ailələrinə mənzillərin verilməsi tədbirində iştirak edib
Nazir Sahil Babayev erməni zorakılığı nəticəsində həlak olmuş şəxslərin ailələrinə Və Qarabağ müharibəsi əlillərinə Qaradağ rayonunun “Ümid” qəsəbəsində mənzillərin təqdim olunması tədbirində iştirak edib.
30 mənzil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən tərəfindən təqdim edilib. Təqdimetmə mərasimində nazir S. Babayevlə yanaşı, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib.
Sahil Babayev erməni işğalı nəticəsində həlak olan şəhidlərin ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri artıq geniş miqyas alıb. Xüsusilə də şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılır.
Nazir eyni zamanda son 3 ildə şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayında ciddi artımı da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bildirib ki, 2018-ci ildə 626, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 mənzil və fərdi evlər təqdim edilib.
Ölkə başçısı prezident İlham Əliyevin 25 yanvar 2011-ci il tarixində imzaladığı sərəncamının bu istiqamətdə mühüm inkişafa şərait yaratdığını vurğulayan nazir bu sərəncamla 2021-2025-ci illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini söyləyib.
Müharibə əlillərinin minik avtomobilləri ilə təmin edilməsindən danışan nazir 2018-ci ildə 265, 2019-cu ildə 600, 2020-ci ildə 400, ümumi olaraq isə bu vaxta qədər 7200-dən çox avtomobilin Qarabağ müharibəsinin əlillərinə verildiyini və bu tədbirlərin də davam edəcəyini açıqlayıb. Sahil Babayeb erməni terrorundan zərər çəkənlərə prezidentin göstərişi ilə sonrakı dövrlərdə də keçiriləcək genişmiqyaslı sosial dəstək paketi barədə məlumat verib.
Şəhid ailəsi üzvləri və müharibə əlilləri göstərilən yüksək diqqət və qayğıya, eyni zamanda yeni mənzillərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.