Bu şəxslərə verilən 80 manat artırılacaq – Nazir Sahil Babayevdən şad xəbər

Nazir Sahil Babayev parlamentdə çıxış edib. O, çıxışı zamanı bildirib ki, bu vaxta qədər 15 min müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işlərə cəlb edilib.

Nazirin sözlərinə əsasən, gələcək dövrlərdə daha çox sayda müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində bir sıra işlərə cəlb olunacaq.

“Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq”, – deyə nazir sözlərinə əlavə edib.

Sosial müdafiə naziri Sahil Babayev eyni zamanda müharibə veteranlarına verilən 80 manatlıq müavinət mövzusu ilə bağlı da danışıb. O, söyləyib ki, bu məbləğin artırılması üzərində iş gedir və sosial islahatlar çərçivəsində diqqətə alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close