Sahil Babayev erməni təcüvüzü sonrası quruculuq işləri haqda danışıb

Sahil Babayev erməni işğalından xilas olmuş torpaqlarımızda böyük quruculuq işlərinin həyata keçirilməsinə dair Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşdə bildirib.

Ölkə başçısı prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı zəfər haqqında danışan Sahil Babayev erməni işğalından torpaqlarımızın azad edildiyini söyləyib. Sahil Babayev viran edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparıldığını bildirib.

O, prezidentin tapşırığı ilə ölkəmizdə əmək, məşğulluq və sosial təminat sahəsində edilən islahatları, tətbiq olunan innovatik yenilikləri səfirin diqqətinə çatdırıb. Hər iki ölkə arasında qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Sosial müdafiə naziri qarşılıqlı əlaqələrin yaradılması və inkişafı ilə bağlı müqavilə-hüquq bazasının yaradılmasının öməmindən də bəhs edib.

Səfir Kristofer Martinez Venesuelanın ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib.

Görüş zamanı əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşılıqlı münasibətlərin qurulması imkanları da müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close