Sahil Babayev KOB üzrə forumda iştirak edib

Sahil Babayev BƏƏ-dən keçirilən XI İllik İnvestisiya Konfransı  çərçivəsində  KOB üzrə forumda iştirak edib. Bu tədbirdə iştirak KOB-ların birləşməsi üçün platformanının yaradılması məqsədini daşıyıbdır.

Sahil Babayev çıxışı zamanı bildirmişdir ki, ötən dövr ərzində COVID-19-a qarşı mübarizədə vaxtında və lazımlı tədbirləri alınmış və bunun nəticəsi olaraq ÜDM-də 5,6%-lik artım müşahidə olunmuşdur.

Nazir son 3 il ərzində keçirilmiş 3 genişmiqyaslı islahat barəsində söz açarkən bildirmişdir ki, bu islahat ölkə əhalisinin yarısını əhatə etmiş, sosial ödənişlərdə 65%, pensiya ödənişlərində 2,2 dəfə, illik əməkhaqqında isə iki dəfədən çox artım olduğunu bildirmişdir.

Son dövrlərdə əhaliyə xidmət sahəsində özünü inkişaf etdirmiş DOST Agentliyi haqda danışmış, əldə olunmuş innovativ nailiyyətlərin  sosial sahənin yüksəlməsi və müasirləşməsinə yardımçı olduğunu bildirmişdir.

Son illərdə qurulmuş məşğulluq e-sisteminin əhəmiyyətini diqqətə çatdıran Sahil Babayev nazirliyin nəznində göstərilən xidmətlərdən 110-nun rəqəmsal formada göstərildiyini bildirib. Dünya Bankı, BMT İnkişaf Programının da cəlb olunduğu və 48000-dən çox ailənin öz şəxsi təsərrüfat və müəssisələrinin yaradıldığı özünüməşğulluq programının uğurla davam etdirildiyi bildirilib. 2020-ci ilin sentyabr ayında başlayan və Azərbaycanın haqlı qələbəsi ilə sonlanan 44 günlük müharibədən, işğaldan azad edilmiş torpağlarda aparılan yenidənqurma işlərində geniş bəhs olunub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və BƏƏ arasında iqtisadi–ticarət əlaqələrindən, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıqdan, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstəkdən bəhs edib.

Forum birgə biznes təşəbbüsləri üçün perspektivlərə dair panel müzakirələrlə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Close