Sahil Babayevin əmri ilə Eldar Əzizovun qardaşı işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu tutduğu vəzifədən azad edib.

Nazir Sahil Babayev Eldar Əzizovun qardaşını işdən çıxarıb

Sahil Babayevin müvafiq əmrinə əsasən Aydın Əzizov Bakı şəhəri Səbail, Yasamal və Nəsimi rayonları üzrə yeni yaradılmış 1 saylı tibbi-sosial ekspert komissiyasının baş direktoru vəzifəsindən azad edilib.

Həmin vəzifəyə isə Səadət Əsgərova təyin edilib.

Onu da qeyd edək ki, Aydın Əzizov bu vəzifəyni 2018-ci ildən icra edir. O və sürücüsü medianın diqqət mərkəzinə çevrilib. Aydın Əzizovun sürücüsü olan şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pulunu mənimsəyib.

Qeyd edək ki, Aydın Əzizov qulaq burun boğaz həkimidir.

Bir cavab yazın

Back to top button
Close