Sahil Babayev Rumıniya ölkəmizdəki səfiri ilə görüşüb

Sahil Babayev Rumıniya ölkəmizdəki nümayəndəsi Vircil-Daniel Popesccariu ilə görüşü zamanı iki ölkə arasında olan əməkdaşlıq əlaqələrinin inkişafından bəhs edib. O, bildirib ki, hər iki ölkə qarşlıqlı əlaqələrin genişlənməsində maraqlıdır. Təsadüfi deyil ki iqtisadi, siyasi, texniki ve elmi sahələr üzrə dövlətlər arasında 60-dan çox əməkdaşlıq sənədləri imzalanmışdır. Görüş zamanı Sahil Babayev öz çıxışında son dövrdə imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ruminiyanın Əmək Ədalət Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol” layihəsinin vacibliyini vurğulayıb.

İlham Əliyevin komandanlığı ilə baş vermiş və qələbə qazanılmış Vətən müharibəsində bəhs edən Sahil Babeyev, həmin ərazilərdə gedən bərpa işlərindən öz çıxışı zamanı söz açıb.

Gələcək dövrlərdə ticarət əlaqələrinin genişləndirilməsi üçün bir çox imkanların olduğu diqqətə çatdırlıb. Əməkdaşlığın inkişaf yolunda arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin xüsusiliyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Close