Nazir Sahil Babayev Salyan rayonunda vətəndaşları qəbul edəcək
İyunun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunun sakinləri və Neftçala rayonunun sakinləri ilə görüşəcək.
Bu xüsusi qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sahə ilə bağlı vətəndaşların hər hansı iradları cavablandırılacaq və müraciətlərdə əksini tapan problemlərin həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Vətəndaşlar 14-20 iyun tarixləri arasında nazirliyə rəsmi müraciət etməklə ([email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə) və ya 142 – Çağrı Mərkəzinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbullar əvvəlcədən hazırlanmış siyahı üzrə qeydiyyatdan keçməklə həyata keçiriləcək. Vətəndaşlar bu siyahı üzrə qəbul olunacaqlar.