Sahil Babayev: 2022-ci il pensiya artimi üçün sosial sığorta ödənişləri artmalıdır

“2018-ci illə müqayisədə 2021-ci ildə sosial müdafiə xərcləri 60% artıb”.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir təqaüd xərclərinin isə 4,4 dəfə artdığını bildirib: “Bu parametrlər üzrə 3 illik rəqəmləri müqayisə etdikdə ciddi fərqi görürük. Biz düşünürük ki, sosial xərclər davamlı olaraq artmalıdır. Paralel olaraq isə yaddan çıxartmamalıyıq ki, pensiya sistemi sosial sığorta sistemidir. Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır. Buna uyğun pensiyalar artırılmalıdır. Dövlət isə minimum pensiyanın artırılması üçün öz öhdəsinə düşən işi görməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close