Nazir müavinləri Beyləqan və Tovuzda vətəndaşları qəbul edəcək
Mayın 19-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müavinləri Vüsal Nəsirli Beyləqan, mayın 20-də isə Anar Kərimov Tovuz sakinlərini qəbul edəcəklər.
Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edilən müraciətlərə cavab veriləcək, müraciətlərdə əksini tapan məsələlərin həlli istiqamətində tədbirlər görüləcək.
Vətəndaşlar 12-17 may tarixlərində nazirliyə rəsmi müraciət etməklə ([email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə) və ya 142 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşların qəbulu qeydiyyatda olan şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında həyata keçiriləcək.