Sahil Babayev uşaq pulu ilə bağlı açıqlama verdi

Əmək və Əhalinin Sosial müdafiə naziri Sahil Babayev uşaq pulu ilə bağlı açıqlama verib. O, bildirib ki, hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə isə bu müddət ərzində uşaqpulu təminatı üçün otuz milyard manatdan çox pul tələb olunur.

Nazir Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüş zamanı deyib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul deyil: “Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən isə 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə olaraq stimullaşdırılmasına ehtiyac görmürük. Həmçinin uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Hətta meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq”.

Nazir onu da əlavə edib ki, 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir: “Düşünürük ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close