Sahil Babayev Serbiyanın Dövlətçilik Gününə həsr olunmuş tədbirdə iştirak edib

Nazir Sahil Babayev Serbiyanın Dövlətçilik Gününə həsr olunmuş tədbirdə iştirak edib. O, ölkəsinin dövlətçilik tarixindən danışan Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavleviçə təbriklərini bildirib. Səfir Azərbaycanla Serbiya arasında olan dostluq münasibətlərindən tədbir zamanı bəhs edib.

Bildirilib ki, mövcud əməkdaşlıq əlaqələri sayəsində  2021-ci ildə olan ticarət dövriyyəsi artmışdır. Azərbaycan və Serbiya arasında mövcud əlaqələr dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında qurulub. Bunun nəticəsidir ki, bu münasibət davamlı olaraq inkişaf edir.

Sahil Babayev vurğulayıb ki, ötən ilin oktyabrında Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısının keçirilməsi Serbiyanın tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirdi.

Azərbaycanla Serbiya arasında ümumilikdə otuz dörd sənəd imzalanmışdır ki, bu sənədlər mövcud əməkdaşlığın inkişafında rol oynamışdır.Ticraət əlaqələrinin möhkəmlənməsinə yardımçı olmaq üçün Azərbaycan və Serbiya  arasında viza rejiminin ləğvi planlaşdırılır.

Serbiya şirkətlərinin Azərbaycan fəal olmasından məmnunluğunu bildirən Sahil Babayev, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 44 gün ərzində işğaldan azad edilmiş torpaglarda Serbiya şirkətləri üçün iştirak imkanının olduğunu da bildirmişdir.

Hər iki dövlət nümayəndəsi qarşılıqlı əlaqələr nəticəsində əməkdaşlığı bundan sonrakı dövrlərdə də daha çox  inkişaf edəcəyini bildiirblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close