Sahil Babayev Neftçalada qurulmuş təsərrüfatlara baxış keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov özünüməşğulluq proqramı çərçivəsində Neftçala rayonunda kiçik fermer təsərrüfatlarına baxış keçirib.

Ağayev Malik Fərman oğlu və Əzizov Rəşad Zabil oğlu kimi Neftçala rayon sakinləri bu proqram çərçivəsində dəstək alaraq biznesə başlamışlar. M.Ağayev avtomobil şinlərinin bərpası və təmiri, R.Əzizov isə kişi bərbərxanası xidməti üzrə aktivlərlə təmin olunublar. Dövlət tərəfindən göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirən sahibkarlar bildirdilər ki, verdikləri resurslardan səmərəli istifadə edərək bizneslərini inkişaf etdirməyə çalışırlar. Ötən il Neftçala rayonunda ölkəmizdə özünüməşğulluq proqramına daxil edilmiş 17 min 400 nəfər arasında 190 nəfər işsiz və işaxtaran vətəndaş olmuşdur. Bu insanlar tikinti üçün mal və materiallarla təmin olunub, kiçik təsərrüfatlarını yaradıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close