Ədib

Fikrət Əmirov kimdir?

Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı.

Fikrət Əmirov ailəsi

1922-ci il noyabrın 22-də Gəncədə anadan olan Fikrət Əmirov əslən Şuşalıdır. Şuşada anadan olan atası Məşədi Cəmil Əmirov bəstəkar və tərzanə olub. Anası Dürdanə Əmirovadır. Fikrət Əmirov kiçik yaşlarından atasının əsərlərinə qulaq asması onun gələcək musiqi həyatının formalaşmasına təsir edir.

Fikrət Əmirov 1052-ci ildə həkim Aidə Əmirova ilə həyatı qurur. 1930-cu ildə Bakıda anadan olan Aidə Əmirova Azərbaycan Tibb Universitetində təhsil almışdır. Cütlüyün  Cəmil və Sevil adlı övladları dünyaya gəllib. Sevil Əmirova Azərbaycan Dövlət konservatoriyasında fortepiano ixtisası üzrə təhsil alıb.

Cəmil Əmirov müxtəlix tərkibli instrumental ansamblalr üçün caz kompozisiyaları bəstələyib.

Fikrət Əmirov həyatı

1928-ci ildə atasını itirən Fikrət Əmirov ailəyə rəhbərlik etməyə başlayır. Yaşadığı çətinlikləər baxmayaraq atasının sənət yolunu davam etdirir. Bacısı Yaxşı xanımın ifa etdiyi mahnılara tarla müşayiət edirdi.  Bu ifalar onlara məktəb daxili və xarici uğurlar qazandırır. Uşaq YAradıcılıq akademiyasına qatılan Əmirovlar istedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyovla tanış olular.

1939-cu ildə ümumitəhsil məkətbi ilə yanaşı orta musiqi məktəbini də bitirərək Bakıya gələn Fikrət Əmirova konversatoriyaya daxil olur. Fikrət Əmirov Bakıda olarkən Bülbülün yanına gəlir. Bülbün onu Üzeyir Hacıbəyovun yanına gətirir.

 Konservatoriyada təşkil olunan “Xalq musiqi kabineti”-nə rəhbərlik edir və ətrafındakı gənc bəstəkarları bu işə dəvət edir.

Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli olmuşdur.

1941-ci ilin noyabrında Fikrət Əmirov orduya çağırılır. 1942-ci ildə Voronej cəbhəsinə göndərilir. Fikrət Əmirovun İkinci dünya müharibəsindəki iştirakı onun həyat və yaradıcılığının əsas dövrü olub. 1942-ci ildə xəstəliyi ilə əlaqədar olaraq ordudan təxris olunur.  O, gəncəyə gəlir və yaradıcılığına davam etməyə başlayır. Gəncə Dövlət flarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında bir neçə tamaaya musiqi yazır.  1943-cü ildə Balkıya qayıdan Fikrət Əmirov konservatoriyadakı təshilinə davam edir.  

Fikrət Əmirov təhsili

Maksim Qorki adına məktəbdə təhsil alıb. Burdakı təhsilini tamamladıqdan sonra Konservatoriyaya daxil olaraq ali təhsilinə Bakıda davam edir.

Fikrət Əmirov əsərləri

Fikrət Əmirov geniş və rəngarəng yaradıcılığa sahibdir. Musiqinin bir çox janrında əsərlər yaratmışdır.

“Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, Muğam-poema”sı Azərbaycan mədəni irsinin dəyərli nümunələridir.

“Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə musiqi sahəsindəki fəaliyyəti sırasında yazdığı ilk əəsərlərdir. Bu sahədə yazdığı ən uğurlu əsərlərdən biri isə “Nizami” simfoniyası sayılır.

“Şur” və “Kürd ovşarı” simfonik muğamları 1948-ci ildə yazılıb.

Milli musiqi tarixində ilk lirik opera sayılan “Sevil” operası 1950-ci ildə yazılıb.

Bəstəkarın yaradıcılığında  eyni zamanda vokal janrına dair əsərlər görmək mümkündür. 1970-ci illərə “nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkest üçün “ Azərbaycan qravürləri”, “Gülüstan-Bayatıö Şiraz” simfonik muğamını və “min bir gecə” nağılları əsasında eyniadlı baletini yazır.

Fikrət Əmirov vəfatı

Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Bəstəkar Fəxri Xiyabanda dəfn edilib.

Etiketlər

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close