Ən müasir protezlərlə aktiv həyata qayıda, hətta futbol oynaya bilərlər

Şanlı Zəfərimizin qəhrəmanları, müharibədə əzalarını itirmiş qəhrəman hərbçilərimizÖlkə başçısı  Prezident İlham Əliyevin göstərişi ilə qısa müddətdə yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunublar.

Bu protezlər aktivliyi və funksionallığı ilə onların sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə imkan verir.

Yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində yaralanaraq əlil olmuş üç yüz yetmiş doqquz hərbçinin ən müasir protezlərlə təmin edildiyini söyləyərək əlavə edib: “Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər”.

Müharibədə yaralanaraq əzalarını itirmiş, lakin ən müasir protezlərlə təmin edilərək yenidən fəal həyata davam edən igid hərbçilərimizin iştirakı ilə bir müddət əvvəl keçirilən futbol yarısından hazırlanmış videoçarxı təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close